Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk vilayətinin Sudja şəhərindəki internat məktəbinə hücumu nəticəsində 4 nəfər ölüb, 90-a yaxın insan yaralanıb.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlılarının komandanı, general-leytenant Aptı Alaudinov deyib.

Ukrayna raketlərinin Sumı rayonundan buraxılması Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən qeydə alınıb.

"Keçən gün siz və mən Ukrayna birləşmələrinin Sudja şəhərində 90-a yaxın mülki vətəndaşımızın olduğu internat məktəbinə necə hücum etdiyinin şahidi olduq. Nəticədə, onların demək olar ki, hamısı mərmi zərbələri altında qaldı, qarşı tərəfdə deyildiyi kimi, dörd nəfər həlak oldu", - Alaudinov Telegram kanalında yayımlanan videoda bildirib.

General qeyd edib ki, Rusiya hərbçilərinin imkanları HIMARS zərbələri zamanı “haradan uçduğunu və necə eniş etdiyini” qeyd etməyə imkan verir. "Yəni pilotsuz təyyarələrimiz havada asılıb, bəzi proqramlarımız bu çıxışı tam şəkildə qeydə alır. Belə çıxır ki, onların Sudjadakı məktəbi necə vurduğunun şahidi olmuşuq", - o əlavə edib.

Alaudinov qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri bununla diqqəti özlərinin digər cinayətlərindən - Russkoye Poreçnoye kəndində sakinlərə qarşı işgəncə, zorlama və qətllərdən yayındırmağa çalışır.

O vurğulayıb ki, Ukrayna İnformasiya və Psixoloji Əməliyyatlar Mərkəzi Rusiya tərəfini ittiham etmək üçün Sudjada Ukrayna Silahlı Qüvvələrinin cinayətindən istifadə etməyə çalışır. Alaudinov insanları bu təxribatlara boyun əyməməyə çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN