Paytaxt Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində "Gürcüstan Aşıqlar Birliyi"nın təsis olunması ilə bağlı toplantı keçirilib.

Yığıncaqda aşıqlar, ziyalılar və bir sıra ictimaiyyət adamları iştirak ediblər. Tədbirdə çıxış edən ziyalı Ramiz Bəkirov deyib ki, Borçalı aşıq məktəbində böyük sənətkarlar olub və bu gün də var. Lakin hazırda bu sahədə müəyyən boşluqlar olduğundan irəli gələrək ciddi addımlar atılmalıdır. Tədbirdə çıxış edən Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov isə məsələyə fərqli yanaşıb. O, çıxışında bu günədək mövcud olan Aşıqlar birliklərinin ayrı-ayrılıqda fəaliyyətləri olduğunu deyib. Qeyd edib ki, yeni təsis olunan birlik bölünmə və parçalanma yaratmasın deyə digərləri ilə birgə əməkdaşlığa üstünlük verməlidir. Toplantıda iştirak edən Gürcüstan Dövlət Folklor Mərkəzinin direktor müavini Giorgi Qabulia təşkilatın yaradılmasını dəstəklədiyini və əməkdaşlığa hazırlığını ifadə edib. Görüşdə çıxış edən aşıq Nargilə Mehtiyeva isə yeni təsis edilən bu birliyin QHT formatında deyil, Gürcüstanın Mədəniyət Nazirliyi tərəfindən rəsmi olaraq tanınan və bir statusa malik olması üçün addımlar atılacağını qeyd edib. Tədbirdə təşkilatın adı, eləcə də idarə heyətinin üzvlərinin seçilməsi məsələləri də müzakirə edilib. Toplantıda 17 nəfər birliyin idarə heyyəti seçilib və bu heyyət sədr seçilməsində iştirak edəcək. Çıxışçılar məsələnin həssas və önəmli olması baxımından yaxın vaxtlarda Aşıqlar Qurulatyının keçirilməsinin önəmi və vacibliyini vurğulayıblar.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN