...Metin Çengiz Türkiyənin beynəlxalq miqyasda tanınan görkəmli şairlərindən biridir.
O eyni zamanda tərcüməçi, naşir və müasir beynəlxalq poeziyanın təbliğatçısı kimi də ün qazanmışdır. 1977-ci ildə Ərzurum Atatürk Universiteti Təməl Elmlər və Xarici Dillər Fakültəsinin Fransız dili bölməsini bitirmişdir. Müxtəlif tarixlərdə siyasi jurnallar nəşr etdiyinə və siyasi fəaliyyətinə görə dəfələrlə həbs olunub. 1977-1987-ci illərdə Ərzurum, Qars və İstanbulda fransız dilindən dərs deyib. Günaydın Qəzeti, E Yayınları, Sosyal nəşrlər, Papirus nəşrləri və Tüyapda redaktor və tərcüməçi vəzifələrində çalışıb. 2005-ci ildə şair dostları ilə birlikdə şeir və onun problemləri ilə bağlı nəşrlər çıxarmaq üçün sonradan “Şeir nəşriyyatı”na çevrilən “Diqraf” nəşriyyatını təsis edib. 2010-cu ildən (sentyabrda) “Şeirdən” jurnalını nəşr etməyə başlayıb. Şeirləri alman, ərəb, alban, Azərbaycan, bolqar, bosniya, çin, fars, fransız, xorvat, ivrit, ingilis, ispan, italyan, hindi, yapon, kürd, polyak, litva, macar, makedon, özbək, portuqal, Rumın, Rus, Serb, Slovak, Sloven, Vyetnam və Yunan dillərinə tərcümə edilmiş, jurnallarda, qəzetlərdə, antologiyalarda çap olunmuşdur. Bundan əlavə, şeirləri Levant (2009, Montpellier, Fransa), Convorbiri Literare (Rumıniya, iyul 2011) və Poesia (Romanya, 2011) jurnallarında fayl halında türk dilində çap olunub.
Onun redaktoru olduğu Çağdaş 17 Türk Şairi antologiyası Harmattan nəşriyyatı(2009, Paris) tərəfindən, Jaime B. Rosa ilə birgə redakte etdiyi Çağdaş Türk Poeziyasının Antologiyası İspaniyada nəşr olunub (2013); Vito İntini ilə birlikdə hazırladığı “Antologia di poeti italiani e turchi/ Türk və İtalyan şairlər antologiyası” İtaliyada “Como Cerchi Sull'acqua/ Suda Üzük kimisən” (2014, Grafiche Vito Radio) adı ilə nəşr olunub.). Onun fransız şairi Mişel Menasse ilə əməkdaşlığı nəticəsində fransız və türk şairlərindən tərcümələr edilib. Türk şairlərinin şeirləri “Europe” jurnalında “Voix d'İstanbul” (İstanbulun Səsi) fayl adı ilə dərc olunub (2014, №:1019). Bir çox beynəlhaq ədəbiyyat mükafatlaarına layiq görülüb.
YOL KƏNARINDAKI SÖYÜD AĞACININ TÜRKÜSÜ
Söyüd ağacı uğunup dururdu,
sanki göy bir qurdu boğurdu.
Təlaşlı, üzgün və qızğın çarpışmalarla
budaqlar və yarpaqlar döyürdu bir-birini.
On dördündə bir qızın rüzgardakı saçları kimi
hər salxımı ayrı bir hörük hörürdü.
Zəyif, cılız bir söyüd ağacıydı o.
Bu yol kənarında, ölümdən belə uzaq
gecə yarısının dadlı qoynunda
paylaşar talehini bir təkər ustasıyala
bu ipini yelə vermiş dünyanın.
Gəlib keçənlərin baxışlarına açıq
sanki dəlixanadan qaçanın biridir
yumruqlayıb durmadaydı başını.
Dərdi nəydi, aşiqmiydi bir yolçuya, bilinməz
sahilləri döyən dalğalara bənziyirdi budaqları
Yapraqları sıçrayan sulara qayalıqlarda
Özünü mütləq bir rəqqas sanırdı.
Bir qolu sola bir qolu sağa, bir röya
havada dolanırdı.
Sonra əyilib yıxıldı önə doğru
bütün gözəlliyiylə sallanırdı.
Əllər öndə qovuşub, sevinçdən uçaraq
öpüşürdü dəfələrlə, -yuyunaraq güzgüdə
bir-birinə aşıq iki gənç kimi.
Səni primitiv səssizliğin söyüdü, səni
İstanbula götürmək var qoxlamaq üçün
çiçək yerinə, sabah axşam
və sarılmaq gecənin qollarıyla.
O canım yabanılığınla nə gözəl nəğmə olurdun
Ocaq qalayardın pərişan ruhumda
Dağ-daş da danışmağa başlardı amma
bu cazibənlə, bu huyunla sən
tezcə bezərdin bezərdin məndən
özlərdin gəlib keçənləri yoldan.
Yaxşısı budur qal yerində
Oynayıb dur.
RƏBBİM SƏNƏ TƏŞƏKKÜR
Rəbbim, sənə təşəkkür edirəm
Verdiğin meyvə və tərəvəz üçün
Çörək üçün, şərab və araq üçün
Evimizdəki mətah əşyalar
Yataq üçün, yorğan üçün
Rabbim, verdiyin doyumluq nemət
Gün işığı üçün, gecə üçün
Gecədə doğan ulduzlar üçün
Şəhvətlə baxan ay üçün
Fit çalan uşqalar üçün aya
Hər şey üçün Rabbim, hər şey üçün
Çəkdiyimiz yoxsulluq üçün belə
Ən çox da sevgilim üçün Rəbbim
Onun öpüşləri, sarılmaları üçün
Bədəni üçün, saçı üçün
Təşəkkür edirəm Rabbim
Amma nə olar qısqanma bizi
Səndə yox diyə verdiklərin
Burnumuzdan gətirmə zəhər etmə bizə
Dilərsən bir keçmişə dön də
Bax beləcə nə var nə yox deyə
Bir də kiçicik bir ricamız var
Biz durarkən Rabbim, sən bunalımqdan söz etmə.
GƏNÇ BİR ŞAİRİN SUALINA CAVAB
Gənç bir şair soruşmuşdu bir gün içkinin buğuyla
yuyunarkən beynimiz və durulanırkən şerin havasıyla.
Necə bitdiyini anlayarsan bir şerin, sözlər
uçuşub durarkən oradan oraya və sevişərkən
aşiqlər kimi hərkəsin önündə.
Xatırlamıram imdi necə bir görüntüylə yağdığım yerə
amma yazmışam bürüşük bir kağıza, qatlayıb
cibimə qoyduğum və tarixini diqqətlə yazdığım…
“Hüzünlü bir sevinçlə işıldıyırsa
şeirin üçünüzdə bellə, kürəklə açtığı yol,
bərk sarılın, buraxmayın bu sərxoşluqla
çiçək açıp günəşlənsin sipirt”
OĞLUMLA EYNİ YOLDA AYRI GÖYLƏR KİMİYİK
Oğlumla eyni yolda ayrı göylər kimiyik
dəyişik günlərin rəngiylə açan. Qanat qanada
uçan iki tanrı, hər birimiz bir iz peşində
qoşar, yorulunca insanıq deyərik.
Sıra eşqə gəldiyi zaman, dəyərli daşlar
var kimi qazılan yerdə, bəlirsiz bir günəş
yaramaz bir uşaqla sanki oynayıb durar
yalanı yaşamağa hazır ürəyimdə.
Oğlum daha gənç. Sözləri külçə kimi
ağır, bir ilan daşısa da köksündə
gündən-günə böyüyən, bir ağrı və ağı
sözündə, insanı sehirlə qonaq edər.
Belə dedi oğlum, bir odadan bir odaya keçərkən:
eşqim, qışda yağan qara bənzətdi məni
rüzgar sovurub dururkən küçədən küçəyə
günəş iliklərimə işlədi.
DÖYÜŞ
Hər yerdə döyüşün qoxusunu alırıq
yalnız adı da olsa burnumuza vurur
təzə çörək qoxusu kimi uzaqdan.
Sanki biriləri içimizdə vuruşur
həyat ölümü sınayır silahıyla
kəlimələrin qanını axıdaraq.
Ekranlar elə yaxın ki göy üzünə
tanrıyı görməmək imkansız
keçərkən cəphədən-cəphəyə.
Oğlum, “Tanrı dəliyə dönmüş olmalı” deyir
“bu qədər düşman olamaz özünə
ağlın peşindən qaçan insan belə.”
Ağlın nə olduğunu düşünürəm bir an.
Oturmaq gəlir bir çarpayıya içimdən
və içmək sarhoş oluncaya qədərb yenidən.
Bəlkə rast gələrəm diyə üzüyümə
Arvadımın hədiyyəsi işıltılı bir gecədə
itirmiş olduğum çaqqallar arasında.
Əlvida uşaqlıq eşqim.
Əlvida uşaqlığım.
Mərhaba tanrı.
ƏSLİYİ GÖRDÜM RÖYAMDA
Əsliyi gördüm röyamda, alnında ay
Gecə kimi parlıyırdı saçlarında ulduzlar
Qol-qola girmiş unudulmuş tanrılar
Cadılar şənliyinə gedirdi sanki
Hər yana uzadırdı titrəyən dillərini
Gözlərindən sızan bayğın işıqlar.
Dedim bu kimin Əslisidir belə
Atəşli və parlaq bir rəqslə tutuşmuş
Bir dənizin dalgaları kimi atılmış irəliyə
Və bir orman yangını kimi göylə buluşmuş
Ruhunu torpaqla yoğurur bu tənha yerdə
Dedilər hərkəsin Əslisi bu yağmur kimi
Atını sürər də karanlığın içinə
Girər röyalarımıza topladığı köklərlə
Ondandır bu bizdəki dərin eşq
Və Əsli diyə sayıqlamaq
Ölümə çarə deyə.
Dedim, ya Əsli, bir musiqimi Kərəm
Şöylə bir an sürüşüb sonra yox olan tuşlar üstündə
Dedi, yox, çırpınmalar durur içimdə
Bəslədiyim oğul kimi yara acısı.
Əsli dururmu, rüzgarla qol-qola fırtınayla qardaş
Gəzinirdi röyamda Bəyoğlu küçələrində.
Dedim ki küçələr belə nəfəs alır
Və dartınır Əslinın qollarında
Dedi ki yoruldum artıq gecəni gözləməktən
Bir heykəltaraş diqqətiylə tanrı yaratdığından bəri
İndi sabahı dinləndirmək istiyərəm qoynumda
Və çevirir kimi bir kitabın səhifələrini
Unutmaq başlanğıcın qaranlığını
Dedim ya Əsli , sənidəmi sardı ölüm yuxusu
Dodaqlarından tökülən sənin deyil
Yaşlılığın böyütdüyü eşq qorxusu.
Dedi, xeyir, mən yalnızca bir gecə ilğımı
Yazmış məni yuxu ovçusu şair bir sərsəm
Sən həyatla gürlə həyata vurul
Darılma arada bir sana da gəlirsəm
Ama şu sözləri bütün aləmə duyur:
Hərkəs bir Əsli, hərkəs bir Kərəm.
Uyğunlaşdıran: Məmməd İsmayıl
“Təzadlar”dan: bu təqdimata və şeir payına görə istəkli şairimiz, professor Məmməd İsmayıla təşəkkürlər edirik!