Martın 30-da BMqT-nin Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti (DMX) gənclər təşkilatlarının nümayəndələri üçün

Beynəlxalq Miqrasiya İcmalı Forumuna (BMİF) həsr olunmuş Təhlükəsiz, nizamlı və qanuni Miqrasiya üzrə Qlobal Paktın Azərbaycanda icrası ilə bağlı məsləhətləşmələr təşkil edib. Nümayəndəlikdən "Təzadlar"a bildirilib ki, tədbir BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və DMX-nin rəisi Vüsal Hüseynovun rəsmi açılış nitqləri başlayıb. Qyorqiyev öz çıxışında Miqrasiya üzrə Qlobal Paktın əsas anlayışlarını, miqrasiyanın idarə olunması yollarını və Paktın həyata keçirilməsində gənclərin rolunu başa düşmək üçün ölkə gənclərinə belə məsləhətləşmələrdə və müzakirələrdə iştirak etmək imkanının yaradılmasının vacibliyini vurğulayıb. Sitat: “Gənclər insan mobilliyinin kritik tərkib hissəsidir və buna görə də gəncləri Paktın icrası prosesinə və bu istiqamətdə bütün müvafiq qərarların qəbulu proseslərinə maraqlı tərəf və tərəfdaşlar kimi cəlb etmək çox vacibdir”. Vüsal Hüseynov isə qeyd edib ki, miqrasiyanın müxtəlif aspektləri üzrə təşəbbüslərin real uğura çevrilməsi üçün gənclərlə əlaqə və onların Qlobal Paktın həyata keçirilməsi üzrə fəaliyyət potensialının gücləndirilməsi vacibdir. Miqrasiya xidmətinin rəisi gəncləri təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təmin edilməsi üçün təşəbbüslərdə fəal iştirak etməyə çağırdı: “BMqT-nin Azərbaycan nümayəndəliyi ilə birgə icra olunan Miqrasiya üzrə Regional Təlim Mərkəzi layihəsinin müxtəlif hədəf qrupları var ki, onların arasında gənclər də var. Beləliklə, siz bu layihənin verdiyi imkanlardan yararlana bilərsiniz”.

 Məsləhətləşmələr BMqT-nin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Nərgiz Kərimova və BMT-nin ölkə ofisindən Orxan Rzayevin Miqrasiya üzrə Qlobal Paktın və Davamlı İnkişaf Məqsədləri haqda təqdimatları ilə davam edib. Daha sonra Azərbaycan Könüllü Təşkilatlar İttifaqı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan “Miqrasiya Könüllüsü” İctimai Birliyinin nümayəndələri təmsil etdikləri qurumların həyata keçirdiyi tədbirləri əks etdirən təqdimatlarla çıxış etmiş, sonda isə “Miqrasiya könüllüsü” təşkilatının üzvləri gənclərin Qlobal Paktın həyata keçirilməsinə necə dəstək verə biləcəkləri və onların töhfəsinin hansı mərhələlərdə fərq yaradacağı ilə bağlı öz fikirlərini bölüşüblər. Vladimir Qyorqiyev yekun nitqində Qlobal Miqrasiya məsələlərinə göstərilən marağa görə bütün gənclərə təşəkkür etdi və onların rolunun mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

*** 

Olduqca vacib problemə həsr olunmuş bu beynəlxalq statuslu tədbir gənclərin müzakirə edilən məsələlər barədə bilgilənməsinə, qarşıya çıxan problemlərin aradan qaldırılmasına və həllinə səylərini reallaşdırmaqda onlara dəstək olacaq.

A.Məmmədli 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN