...25 may 2022-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “28  may Müstəqillik günü: Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin-Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün” adlı tədbir keçirilmişdir.

Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanovanın "Təzadlar"a verdiyi məlumata görə, tədbirdə Heydər Əliyev Mərkəzinin kollektivi ilə yanaşı  qocaman tarixçi, “Mədəni irs” qəzetinin təsisçisi Mübariz Xəlilov,  rayon Veteranlar Şurasının sədri Əlibala Rəsulov, I Qarabağ Müharibəsi veteranı, “Qarabağ Qaziləri” İctimai Birliyi Hacıqabul rayon şöbəsinin sədri İntiqam Abdulov iştirak etmişlər. Həmçinin rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Həbib İbrahimov, I və II Qarabağ müharibələri iştirakçıları, MKS-nin 2 və 5 saylı kitabxana filiallarının və  rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, Hacıqabul şəhər 1, 2, 3, 4, 5, 6, 7, 9, 10 saylı tam orta məktəblərin və 8 saylı humanitar fənnlər təmaüllü məktəb-liseyin tarix müəllimləri ilə  bir qrup şagirdləri və rayon sakinləri də bu tədbirin iştirakçıları olmuşlar.

 ***

 Qeyd edək ki, tədbiri Mərkəzin direktoru Aytən İmanova açmış, Azərbaycanın Dövlət Himni səsləndirilmişdir. Sonra Aytən İmanova 28 may Müstəqillik gününün tarixi, Demokratik Respublikanın fəaliyyəti, müstəqillik dövründə   Ulu Öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin Vətən tarixində yenidən bərpasına  xüsusi qiymət verməsi barədə danışmış və vurgulamışdır ki, Heydər Əliyev çıxışlarının birində demişdir: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır”. Aytən İmanova həmçinin, Cənab Prezident İlham Əliyevin tarixi keçmişimizə, varisi olduğumuz Xalq Cümhuriyyətinə verdiyi önəmin xalqımız tərəfindən rəğbətlə qarşılandığını vurgulamışdır. Sonra növbə ilə söz verilən Mübariz Xəlilov Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, Mərkəzin baş fond mühafizi Məhəmməd İsayev həmin tarixin Hacıqabula aid olan hissəsindən geniş danşmış, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən xaricə oxumağa göndərilmiş 100 tələbədən biri həmyerlimiz, rayonumuzun Navahı kəndindən olan Əlibala Murtuza oğlu Xudaverdiyev haqqında tədbir iştirakçılarına məlumat verilmiş,  Əlibala Rəsulov, I Qarabağ Müharibəsinin veteranları Saleh Məmmədov və Rafiq Hacıyev, eləcə də Həbib İbrahimov mövzu ətrafında maraqlı çıxışlar etmişlər.

Tədbirin sonunda sonda Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən sənədli film nümayiş etdirilmiş və Aytən İmanova tədbiri Cənab Prezident İlham Əliyevin bu sözləri ilə bitirmişdir: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər”. 

 Tədbirdən sonra iştirakçılar 28 may Müstəqillik günü ilə əlaqədar Mərkəzdə açılmış sərgiyə tamaşa etmişlər.

JASMİN

 

                       

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN