Bir müddət əvvəl sosial şəbəkələrdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyətində gecə klubunun fəaliyyət göstərməsi ilə bağlı məlumat və xoşagəlməz görüntülər yayılmışdı.

 Baş verənlərdən sonra Mədəniyyət Nazirliyi açıqlama vermişdi. .

 Bildirilirdi ki, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində “UFFO” restoranının rəhbərliyi ilə cari ilin iyun ayından rəsmi müqavilə bağlanması üçün hazırlıq işlərinə başlanılıb. Lakin restoran rəsmi şərtlərə əməl etmədən özbaşına fəaliyyətə başlayıb və bu cür xoşagəlməz görüntülər meydana çıxıb.

“Mədəniyyət Nazirliyi sözügedən hadisədən təəssüfləndiyini bildirir və məsələnin həlli məqsədilə filarmoniya rəhbərliyinə aidiyyəti tapşırıqlar verib.

Bu məsələdə məsuliyyətsizlik göstərmiş şəxslər və müqavilə şərtlərinə əməl etmədən fəaliyyətə başlayan restoran rəhbərliyi barəsində tədbir görüləcək”, - deyə məlumatda bildirilirdi.

Qeyd edək ki, yenə də bəzi KİV-lərdə Dövlət Akademik Filarmoniyasının ərazisində fəaliyyət göstərən “UFFO” restoranında çəkilmiş növbəti video kadrlar yayılıb və görüntülərin yeni olduğu iddia edilir.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildiriblər ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində bir müddət öncə fəaliyyətinə xitam verilən “UFFO” restoranında çəkilmiş video kadrlar mətbuatda geniş əks səda doğurub.

"Məlumat üçün qeyd edək ki, restoranda çəkilmiş videolar bir müddət öncə lentə alınmış və məkanın fəaliyyəti məlum hadisədən sonra dayandırılıb. Hazırda heç bir fəaliyyətdən söhbət belə gedə bilməz", - deyə nazirlikdən bildirilib.

Yəni KİV-də yayılan video kadrların yeni olması barədə xəbərlər həqiqəti əks etdirmir.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN