tanınmış vəkil Aslan İsmayılov bütün dostlarından və FB oxucularından üzr istəyib... Səbəbini özü FB səhifəsində izah edib. Vəkil yazır: "...Elə özümün də "islahatçı" adlandırığım komandanın üzvləri vəzifələrə təyin olunanda bəzilərinə inandığımdan haqlarında müsbət fikirlər söyləmişdim. Həmin fikirləri səsləndirəndə də heç bir marağım olmamışdı. Hesab edirdim ki, xoş sözlər onları sələflərindən yaxşı işləməyə həvəsləndirər. Görünür mənə “sağalmaz nikbin” diaqnozu qoyanlar səhv deyilmiş...".
A.İsmayılov əlavə edib: "...Bu gün həmin fikirlərə görə hamınızdan üzr istəyirəm. İnanmaq istəməsəm də bir daha anladım ki, Azərbaycanda pul, sərvət hər şeydən üstündür. Bir ölkədə ki, qədim adət-ənənəyə uyğun olaraq sinəsinə pul qoyulan müəllim bütün günü mətbuatda aşağılanır, fahişəxana, qumarxana saxlayan böyük vəzifə sahibləri qəzet, TV-lərdə reklam olunur, ağıllı, peşəkar, təmiz insan - əfəl, dələduz, cibgir, həyasız - bacarıqlı iş adamı kimi assosiasiya prezidenti seçilir, bir yerdə ki, kiçik oğrular həbsxanaya göndərilir, böyük oğrular isə Prokurorluğun rəhbər işçiləri ilə şərik olur, o ölkədə, yerdə vicdan, əxlaq güdmək həqiqətən əfəllik sayılar.
Mən isə əfəl deyiləm. Məni əfəl sayan rəhbər vəzifəli şəxslərə isə bildirirəm ki, bu günə qədər çoxlu sayda güc strukturları rəhbələri və digər at oynadan vəzifə sahiblərini rəzil vəziyyətdə görmüşəm, bəziləri hətta “axı, mən bu günə layiq deyildim” də deyiblər. Bu gün haqqımda o cür düşünənləri də o vəziyyətdə görəcəyimə əminəm".
Bəli, bəzən belə də olur... 
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN