Müqavilə çərçivəsində fəlsəfə doktoru (PhD), profil üzrə doktor, elmlər namizədi və elmlər doktoru elmi dərəcələri üzrə sənədlərin qarşılıqlı tanınması nəzərdə tutulur.

***

Avrasiya İqtisadi İttifaqı çərçivəsində ümumi əmək bazarının inkişafı və işçilərin işə götürülməsi prosedurlarının sadələşdirilməsi məqsədilə üzv dövlətlər Aİİ üzv dövlətlərində elmi dərəcələrə dair sənədlərin qarşılıqlı tanınması haqqında Müqavilə layihəsini hazırlayıblar.

Razılaşma elmi dərəcə sahiblərinə Aİİ ölkələrində milli qanunvericiliyə əsasən sənədlərin tanınması prosedurundan keçməməyə imkan verəcək ki, bu da işə qəbul prosedurunu xeyli sadələşdirəcək, vaxt və maliyyə xərclərini azaldacaq.

Müqavilə çərçivəsində fəlsəfə doktoru (PhD), profil üzrə doktor, elmlər namizədi və elmlər doktoru elmi dərəcələri üzrə sənədlərin qarşılıqlı tanınması nəzərdə tutulur.

Xatırladaq ki, Avrasiya İqtisadi Birliyi 2014-cü il mayın 29-da təsis edilib. Birliyin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb. Birliyin üzvləri isə Rusiya, Belarus, Qazaxıstan,  Qırğızıstan və Ermənistandır.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN