İnstitutda böyük qalmaqal yaşandı...

Tələbə qızların sözlərinə görə, şikayətlərə cavab olaraq institutun prorektoru polis şöbəsinə müraciət etdiklərinə görə onları danlayıb, rektor isə “institutun əmlakına” ziyan vurduqlarına görə onları tənqid edib.

***

Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun tələbələrin yaşadığı yataqxana otaqlarından birində gizli videomüşahidə kamerası quraşdırılıb. Bu barədə Kun.uz-a tələbələr məlumat veriblər.

Qızlar deyiblər ki, aprelin 1-də onları təcili olaraq qarşıdan gələn referendumla bağlı təşviqat tədbirinə çağırıblar və  otağı açmaları xahiş edilib. Onlara bildirilib ki, “Wi-Fi siqnalı itdiyinə görə onu gücləndirən cihaz quraşdırılacaq”.

Tələbələr şübhələndiklərinə görə otağın yuxarı küncünə qoyulmuş qutunu açıblar. O, üç vintlə bərkidilibmiş və dördüncünün yerinə, məlum olub ki, "kiçik gizli kamera obyektivi" qoyulub.

Qızlar cihazı mütəxəssislərə aparıblar. Onlar təsdiqləyiblər ki, bu, səs və videonu USB flash sürücüsünə yaza və həmçinin onları şəbəkə üzərindən başqa cihaza ötürə bilən gizli kameradır. Yəni, bu kamera vasitəsilə binaya onlayn nəzarət etmək mümkün olub,

Qızlar 128 GB yaddaş kartındakı məlumatlara baxanda orada paltar dəyişdirmələri də daxil olmaqla bir video tapılıb.

Onlar institutun rektoru Dilnoza Xocayevaya da müraciət ediblər.

“Rektor bizi eşidib soruşdu ki, “siz hardan bildiniz ki, bu gizli kameradır?” Biz ona cihazı açıb mütəxəssisə göstərdiyimizi dedik. Cavab verdi: “Otaqlarınızda quraşdırılmış institutun əmlakını açmağa nə hüququnuz var? Bəlkə özünüz quraşdırdınız? " - qızlar sayta bildiriblər.

Tələbə qızlar göz yaşları içində ali təhsil ocağının mənəvi-maarif işləri üzrə prorektoru Oybek Bozorova da üz tutaraq bildiriblər ki, onların geyimlərini dəyişməsu də kameralara düşüb. Cavabında o, polis şöbəsi ilə əlaqə saxladıqları üçün qızları danlayıb.

Qızlar bildiriblər ki, prorektor qızları bu otaqdan çıxarıb ora “çətin tərbiyəli qız” yerləşdirməyin nəzərdə tutulduğunu deyərək vəziyyəti izah etməyə çalışsa da, buna  vaxt tapmayıb...

Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin mətbuat xidməti vəziyyəti öyrəndikdən sonra tələbələrin otağında həqiqətən də gizli kamera quraşdırıldığını təsdiqləyib. Qurum daxili araşdırma aparacağını və təqsirkarlar barəsində müvafiq tədbirlər görəcəyini bildirib.

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN