Türkiyənin təhsil naziri Mahmut Özər Türkiyənin səhiyyə naziri, Ali Təhsil Şurası və Elmi Şura ilə birgə keçirilən iclasdan sonrakı açıqlamasında bildirib: "Məktəbəqədər hazırlıq və birinci siniflər üçün dərslər iki gündür problemsiz şəkildə davam edir, sentyabrın 6-dan isə həftədə 5 gün fasiləsiz əyani təhsilə başlanılacaq".
Nazir deyib ki, məktəblərdə görüləcək tədbirlərlə bağlı plan Türkiyənin bütün valiliklərinə göndərilib: "Məktəblərimiz ilk açılan və son bağlanan müəssisələr olmalıdır".
M.Özər deyib ki, onlayn təhsil sistemi nə qədər uğurlu olsa da, əyani təhsildən keyfiyyətli olmadığına görə məktəblərdə əyani təhsilin davamı üçün müvafiq tədbirlər görülüb.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca da yeni növ koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yaradılan Elmi Şuranın təhsil naziri və Ali Təhsil Şurasının sədri ilə birlikdə keçirilən iclasından sonrakı açıqlamasında bildirib.
"Türkiyədə yeni tədris ilini şagirdlərimiz əyani təhsillə başlayacaq".
Nazir deyib ki, şagirdlərin əyani təhsildən geri qalmaması üçün ən başlıca məsələ valideynlərin vaksinasiya olunmasıdır: "Türkiyədə koronavirusa aktiv yoluxmanın 81 faizi, xəstəxanada müalicə olunanların 90 faizi, vəfat edənlərin 90 faizi koronavirusa qarşı peyvənd olunmayanlardır".
F.Kocanın sözlərinə görə, məktəblərdə qələbəlik olunmaması üçün Elmi Şuranın bu istiqamətdəki təklifləri Təhsil Nazirliyi və Ali Təhsil Şurası ilə müzakirə edilib, müvafiq tədbirlər görülüb.
Nazir deyib ki, Elmi Şura yeni dövrdə məktəblərin bağlanmasını gündəmə gətirmək istəmir, çünki peyvəndlənmənin yüksək olması məktəblərin bağlanmasına səbəb olmayacaq: "Bu halda təhsil əyani davam edəcək".
Şakir QURBANOV