Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 127 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 336 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 567 nəfər müalicə olunaraq sağalıb, 4 979 nəfər vəfat edib, aktiv xəstə sayı 1 138 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 025, ötən müddət ərzində isə ümumilikdə 3 813 017 test aparılıb.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN