İES tərəfindən mənzillər yaxşı isidilmədiyi hallarda temirtaulılar istilik üçün pul ödəməyəcəklər.

eKaraganda- xəbər verir ki, Temirtau sakinlərinin çoxsaylı şikayətlərindən sonra “ArcelorMittal Temirtau” SC-nin administrasiyası və rəhbərliyi şəhər sakinlərinin İES- 2 tərəfindən az isitmə zamanı istilik üçün ödəniş etməyəcəyinə qərar verib.

 “İES-2-in istilik mövsümünə keçilməsi ilə əlaqədar yaranmış vəziyyətlə əlaqədar olaraq, “Oqjetpəs-T” MMC-yə istehlakçılar tərəfindən alınmamış istiliyin yenidən hesablanması ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Şəhər rəhbərliyi və “AMT” rəhbərliyi qərara alıb ki, İES-2 tərəfindən 5 dərəcədən yuxarı olmayan istiliklə verilən istilik enerjisinə görə ödəniş sıfır tariflə həyata keçiriləcək.  İES-2-dən istilik enerjisinin alınmasına görə şəhər sakinlərindən ödəniş alınmayacaq. Temperatur cədvəli də öz növbəsində “Okjetpes-T” öz rəsmi səhifəsində yerləşdirəcək”,-  bildirilib.

Vətəndaşlar yalnız mənzillərə su daşınması xidmətlərini ödəyəcəklər.

Qeyd edək ki, paytaxt Bakının da bəzi rayonlarında Qazaxıstanın Temirtau şəhərində olduğu kimi, mənzillərə istilik verilməsi məsələsində problemlər yaşanmaqdadır. Və buna görə də uzun illərdir ki, mənzillərin sahibləri müntəzəm və lazım olan dərəcədə istiliklə təmin olunmamalarından, bu səbəbdən istilik cihazlarından istifadə etmələrindən, böyük məbləğdə pul itirmələrindən şikayətçidirlər. Bu isə mənzil sahiblərinin aylıq istilik pulu ödəmələrindən imtinaya və "Azəristiliktəchizat" ASC ilə qarşılıqlı narazılıqlara yol açır. Təəssüf ki, indiyədək bu məsələ kökündən həllini tapa bilməyib...

 JASMİN   

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN