Dörd ay ərzində icbari tibbi sığorta çərçivəsində özəl tibb müəssisələrində göstərilən xidmətlərin sayı açıqlanıb.

Belə ki, 2022-ci ilin yanvar-aprel ayları ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində aparılması mümkün olmayan əməliyyat və xidmətlərlə bağlı özəl tibb müəssisələrinə göndəriş əldə edən vətəndaşlar 12 840 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 246-sı uşaqlara, 12 594-ü isə böyüklərə göstərilib.

TEZADLAR.AZ xəbər verir ki, sözügedən tibbi xidmətlərdən 4 349-nu oftalmoloji əməliyyatlar, 4 018-ni invaziv radiologiya xidmətləri, 2 517-ni ürək-damar cərrahiyyəsi, 608-ni urologiya, 495-ni neyrocərrahiyyə, 102-ni ümumi cərrahiyyə, 101-ni travmatologiya, 57-ni LOR, 21-ni isə ginekologiya və doğuş üzrə aparılan əməliyyatlar təşkil edib. Digər sahələr üzrə icra olunan əməliyyatların sayı isə 186-dır. Koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayı isə müvafiq olaraq 62324 olmuşdur.

Vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı cari ilin yanvar-aprel ayları üzrə davam edir.

Vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki,  hazırda Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 57-yə çatır və bu say mütəmadi olaraq yenilənir.

 

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN