“Kartaş Kimya” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib, bununla da sənaye parkının rezidentlərinin sayı 31-ə çatıb.

Qeyd edək ki, “Kartaş Kimya” MMC Sənaye Parkının 3 hektar ərazisində müxtəlif tikinti kimyəvilərinin istehsalını həyata keçirəcək müəssisə inşa edəcək. İnvestisiya dəyəri 17 milyon manat olan müəssisədə 230-dan çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, Türkiyə və MDB ölkələrinə ixrac ediləcək.

Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkı “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılıb.

Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının ərazisi 508 hektar təşkil edir.

 Parkın yaradılmasında məqsəd sənaye istehsalının, xüsusilə kimya sənayesinin inkişafına müsbət təsir göstərməkdir.

Sumqayıt Kimya Sənaye Parkı neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların istehsalı və emalı müəssisələrinin fəaliyyəti üçün nəzərdə tutulub.

Parkın rezidentləri 10 il müddətinə - əmlak və korporativ gəlir vergisindən, həmçinin idxal olunan avadanlıqlara görə ƏDV-dən, 7 il müddətinə gömrük rüsumundan azaddırlar.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN