Hazırda Suqovuşan su anbarından gələn su vasitəsilə rayonda suvarma davam edir. 

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov TEZADLAR.AZ-a bildirib ki, Tərtər  rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün bir sıra işlər görülür. Bunun üçün Tərtər Suvarma Sitemləri İdarəsi tərəfindən meliorativ tədbirlər uğurla həyata keçirilir. Artıq bu ilin  məhsulu üçün əkilmiş taxıl, arpa, yem və yonca bitkilərinin  suvarılması aparılıb, taxılın biçini isə yekunlaşıb. Bundan başqa Tərtər rayonunda bu il 3450 hektar sahədə pambıq da əkilib. Pambığın suvarılması da plana uyğun olaraq yerinə yetirilir. Hazırda Suqovuşan su anbarından gələn su vasitəsilə rayonda suvarma davam edir. Tərtər Suvarma Sistemləri İdarəsi tərəfindən su itkisinin  qarşısının  alınması  üçün torpaq məcralı kanalların lildən və kol-kosdan təmizlənməsi işləri də hazırda davam etdirilir. Bu istiqamətdə su itkisini minimuma endirmək üçün torpaq məcralı kanalların beton üzlüyə alınması da nəzərdə tutulub. Belə ki, cari ildə 2.2 km uzunluqda kanalın beton üzlüyə alınması planlaşdırılır. Bundan başqa idarənin balansında olan 4 ədəd subartezian quyusunun da təmir-bərpasına start veriləcək.  Qeyd edək ki, Tərtər Suvarma Sistemləri İdarəsi rayon ərazisində 29133 hektar əkin sahəsinə xidmət edir. Rayonda suvarma Tərtərçay, subartezian, İncəçay və Yuxarı Qarabağ kanalı üzərində yerləşən Bəyimsarov nasos stansiyası ilə həyata keçirilir. 

                                                                                                                                                                                                                                                      

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN