Minlərlə vətəndaşımız "Qarabağ" Futbol Klubunun bilet satışını həvalə etdiyi iTicket şirkətin saytından elektron bilet əldə etməkdə çətinliklə üzləşib, sistem çöküb, xeyli sayda vətəndaşlar ödəniş etsə də bilet əldə edə bilməyiblər.

Bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz bildirib.

O, qeyd edib ki, quruma məxsus informasiya sisteminin funksionallığının pozulması ilə cəmiyyətin və vətəndaşların maraqlarına yetərincə ziyan vurulub.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçiriləcək “Qarabağ” - “Viktoriya” (Çex Respublikası) matçını stadionda izləmək istəyən azarkeşlərin  bilet əldə etmə problemi ilə bağlı "iTicket şirkətinin direktoru Kamran Abasov Xəzərxəbər-ə açıqlamasında bildirib ki, lazımi hazırlıq tədbirləri görülsə də, oyuna maraq həddindən artıq olduğundan saytın serverləri çöküb və bir neçə saaatlıq onlayn satış dayandırılıb. O, əlavə edib ki, baş verənlərə baxmayaraq, satış nöqələrində fiziki bilet satışları davam edir.

Şirkət direktorunun sözlərinə görə, kartından pul çıxılan, amma bilet ala bilməyənlərin vəsaitləri 1 gün ərzində geri qaytarılacaq.

Kamran Abasov qeyd edib ki, qaydalara əsasən, bir şəxsiyyət vəsiqəsi ilə maksimum 3 bilet almaq mümkündür.

“Ancaq hazırda “qara bazar” şübhələrinin tam aradan qaldırılması istiqamətində işlər aparılır və “Qarabağ”ın növbəti oyunlarında “Bir bilet, bir şəxsiyyət vəsiqəsi” prinsipi yenidən tətbiq ediləcək”, - deyə vurğulayıb.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN