Dövlət sektorunda paralelçilik və təkrarçılıq davam edir. 

Bunu  “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti, eyni zamanda AzTU-da İctimai Şuranın üzvü Osman Gündüz "Hökumət Buludu"ndan (G -cloud) danışarkən bildirib.

 O, qeyd edib ki, hökumət budcə xərclərini azaltmaq və optimallaşdırma məqsədilə 4-5 il bundan öncə Prezidentin fərmanı əsasında "Hökumət Buludu" (G -cloud) yaradıb.

Osman Gündüz izah edib ki, bundan sonra hər bir dövlət qurumu özü üçün data mərkəz qurmağı və server avadanlığı almağı dayandırmalı və özünün bütün datasını, informasiya sistemləri və bazalarını köçürməliydi “Hökumət Buludu”na -zəruri bulud xidmətlərini də buradan almalıydı.

“Bildiyim qədər G-cloud yaradılması və dəstəklənməsi üçün də cari il üçün 19 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu. Amma müşahidələr göstərir ki, G-cloud yaratmaqla nəinki xərclər azalır, əksinə, qəribə görünsə də, daha da artır.

Hətta “Hökumət Buludu”na keçidlə bağlı ləngimə nəzərə alınaraq, mərhələli bir plan Prezident tərəfindən 2 il öncə təsdiqlənsə də, görünür ki, dövlət qurumları miqrasiyada maraqlı deyillər”- deyib.

O.Gündüz vurğulayıb ki, hazırda İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi server və şəbəkə avadanlıqları və texniki dəstək, bulud xidmətləri ilə bağlı tender elan edib və bu məqsədlə "Ultra Technologies" şirkətinə 3 milyon 252 min manat vəsait ödəyəcək.

 Osman Gündüz Prezidentin verdiyi Fərmandan sonra da bəzi dövlət qurumlarının bulud xidmətləri yaratmaq istəklərinə  milyonlarla manat vəsait ayrılmasına təəccübləndiyini bildirib.

“Xatırlayıram ki, adı çəkilən fərmandan sonra bu tip xərclər digər dövlət qurumları üçün də ayrılıb. Onda sual yaranır ki, əgər bu tip büdcə xərcləri dövlət qurumlarına ayrılmaqda davam edəcəkdirsə, onda “Hökumət Buludu”na nə ehtiyac vardı?

Prezidentin fərmanı nə üçün icra edilmir? Kim məsuliyyət daşıyır fərmanın icrasına?”, - deyə ekspert bildirib.

Ekspertin sözlərinə görə, Prezidentin verdiyi həmin fərmanla dövlət qurumlarının İT xərcləri azalmalıydı, amma əksinə baş verib...

 “Bu fərmanla dövlət qurumlarında İT xərclərin 25-30% azaldılması gözlənildiyi halda, nə üçün xərclər, elə bu qədər də artmalıydı?

Ümid edirəm, RİNN, İT layihələrə rəylər verən VXSİ Dövlət Agentliyi və paralelçiliyə şərait yaradan Antiinhisar Dövlət Xidməti də baş verənlərin fərqindədir”, - Osman Gündüz diqqətə çatdırıb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN