Hərbi məhsulların ixracı bir il müddətinə dayandırılır
Qazaxıstanın baş naziri Əlixan Smailov müdafiə sənayesi üzrə komissiyanın iclasını keçirib.
Bu barədə Qazaxıstanın baş nazirinin mətbuat xidməti məlumat yayıb.
İclasın iştirakçıları Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin silah, hərbi texnika və hərbi təyinatlı məhsulların ixracının 2023-cü ilin avqust ayının sonunadək dayandırılması təklifinə baxıblar.
Bu təklif komssiya üzvləri tərəfindən dəstəklənib.
Bundan əlavə, lisenziyası olan hüquqi şəxslərin auditinin aparılması və “İcazələr və bildirişlər haqqında” qanuna dəyişikliklər edilməsi planları müzakirə edilib.
Y.MƏMMƏDLİ