“Artıq bir neçə beynəlxalq şirkətlə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə bu sahə üzrə müqavilə imzalanıb”.

 Bunu İqtisadi Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hümbətov ölkəmizdə “yaşıl enerji” siyasətinin inkişafından danışarkən bildirib.

O qeyd edib ki, uzun illər Azərbaycanda Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi mövcud olub ki, bunun da sayəsində külək, su enerjisi, eləcə də su turbinləri vasitəsilə enerjinin əldə edilməsi ilə bağlı layihələr icra edilib:
“Bu gün dünyada enerji qiymətlərinin bahalaşması və bunun nəticəsində bir çox ölkələrdə inflyasiyanın artması müşahidə edilir. Belə bir şəraitdə bütün ölkələr “yaşıl enerji” ehtiyatı yaratmaqda maraqlıdır. Amma bu, heç də asan məsələ deyil və kifayət qədər vaxt aparan, dərin tədqiqata ehiyac duyulan bir işdir. Günəş panelləri hazırda Çində, Türkiyədə və digər ölkələrdə istehsal edilir. Lakin bu panellərin istehsalını fizika, kimya qanunlarına, məhsulların istehsalı zamanı onların tərkib hissələrinə uyğun təşkil etmək lazımdır. Əks halda, hansısa fiaskoya uğramaq olar”, - İETİ-nin direktoru vurğulayıb.

Onun sözlərinə görə, bizim ölkəmiz üçün “yaşıl enerji” sahəsi üzrə tədqiqat aparmaq çətin deyil, çünki istər “yaşıl”, istərsə də ənənəvi enerji Azərbaycanda illərlə mövcud olub.

Mahir Hümbətov quruda çıxarılan neftdən enerjinin əldə edilməsinin ilk dəfə Azərbaycanda baş verməsinə diqqət çəkərək ”nəyə görə bundan sonra da “yaşıl enerji” ilə bağlı uğurlar bizim ölkədə olmasın?! Biz, sadəcə, bu məsələnin fiskal tərəflərinə də diqqət etməliyik”,- deyə qeyd edib.

 Qeyd edək ki, alternativ energetika daha çox gələcəyə yönələn perspektiv sahədir. Ətraf mühit çirklənmədən qorumaq üçün alternativ enerji mənbələrindən istifadə olunması məqsədəuyğundur. İnkişaf etmiş ölkələrin bir çoxu alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə ətraf mühiti çirklənmədən qorumağa cəhd göstərirlər. Elektrik enerji istehsalında İES və SES-dan istifadənin ətraf mühit üçün həm müsbət, həm də mənfi tərəfləri vardır. Bu stansiyalardan xüsusilə İES-ı yerləşdikləri ərazilərin torpaqlarlnı, (sularını) atmosferini daha çox çirkləndirir.

Elə buna görə də, “yaşıl enerji”yə keçid bütün dünyanın prioritet məsələsinə çevrilib.

Məsələn, Avstriyada enerji istehlakının 33,4 faizi bərpa olunan enerjinin payına düşür. “Yaşıl enerji” istehsalı üçün ölkədə əsas mənbə kimi biokütlə, geotermal istilik, su, külək və günəş enerjisindən istifadə edilir.

Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir.

Elə bu yaxınlarda Prezident İlham Əliyevin sərəncamı ilə ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafının dəqiq planını əks etdirən "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" təsdiq edilib. 

Ölkəmizdə bərpaolunan enerjinin payını 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaq nəzərdə tutulub. Həmçinin işğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi də ən ümdə məsələdir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN