“MTK-lar hər müştəriyə görə provayderdən 2 manat alırlar…”

 “Əksər MTK-lar binalardakı internet xidmətinin təşkili ilə bağlı açıq-aşkar haqsız rəqabət mühiti formalaşdırıblar - "Bir bina bir provayderindir" prinsipi ilə işləyirlər.

Bu fikirləri “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti, eyni zamanda AzTU-da İctimai Şuranın üzvü Osman Gündüz bildirib.

O, vurğulayıb ki, MTK-lar heç nədən çəkinmirlər, təhvil verilən binaya hansısa provayderi dəvət edərək sövdələşmə edirlər:

“ Nə qədər inanılmaz olsa da, reallıq odur ki, adi bir MTK rəhbəri o nəhənglikdə Antiinhisar Dövlət Xidmətindən çəkinmir.  MTK-lar yeni yaşayış binasını təhvil verməzdən öncə yalnız BİR PROVAYDERİ dəvət edərək separat sövdələşmə edirlər”, - ekspert  deyib.

Osman Gündüzün sözlərinə görə, həmin sövdələşmə nəticəsində MTK sahibi adətən hər bir müştəriyə görə provayderdən 2 manat alır.

“Vəssalam. Bununla da MTK sahibi provayder və ya kabel operatoru qarşısında öhdəlik götürür ki, həmin binaya yer-göy dağılsa da, başqa provayderi buraxmayacaq...

Bununla da həmin binada yalnız bir provayderin xidmətini almaq imkanı yaranır və orada yaşayanların seçim imkanları süni surətdə məhdudlaşdırılır. Xidmətin keyfiyyəti üçün stimul formalaşmır.

MTK-lar bu cür haqsız davranışla həm də provayderlər arasında sərbəst və azad rəqabəti pozmuş olurlar”, - o, qeyd edib.

Osman Gündüz Antiinhisar Dövlət Xidmətinin, RİNN və digər əlaqədar qurumların bu sövdələşmədən bixəbər olmadığını deyir:

“...Antiinhisar Dövlət Xidmətinin, RİNN-nin və digər aidiyyatı qurumların bundan xəbəri varmı?

Əlbəttə var.

Lakin bunun qarşısnı almaq üçün heç bir real addımlar müşahidə olunmur. Antiinhisar və RİNN monitorinq aparmalıdır. Yeni yaşayış binalarındakı internet inhisarçılığının, haqsız rəqabətin qarşısını almaq üçün ciddi ahtiinhisar tədbirləri görülməlidir”.

Ekspert qeyd edib ki, problemi kökündən həll etmək üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilməlidir.

“Yeni tikilmiş yaşayış kompklekslərində, biznes mərkəzlərində öncədən ən azı 3 provayderin və ya kabel operatorun fəaliyyəti üçün imkanlar yaradılmalıdır. Binaların istismara verilməsindən öncə digər kommunal xidmətlərin təhvilində olduğu kimi, aidiyyatı qurum, məsələn RİNN binanın telekommunikasiya infrastrukturuna münasibət bildirməlidir.

Antiinhisar bu qaydaları pozan MTK sahiblərinə qarşı sərt tədbirlər görməlidir”, - deyə Osman Gündüz bildirib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN