Rusiya və Azərbaycanın kənd təsərrüfatı texnikasının birgə inkişafı və istehsalı çox böyük gələcəyi və yaxşı perspektivi var, xüsusən də Rusiya Federasiyası azərbaycanlı tərəfdaşları ilə avtomobil sənayesi baxımından əməkdaşlıqda çox yaxşı təcrübə qazandı”.

Bu fikirləri Rusiyanın Bakıdakı ticarət nümayəndəsi Ruslan Mirsayapov bildirib.

O, qeyd edib ki,  Ural, Kamaz və Qazel kimi avtomobilləri Azərbaycanda toplanır.

İndi Rusiya şirkətlərimiz Rusiya istehsalçılarının ehtiyacları üçün fərdi hissələrin istehsalı baxımından Azərbaycan sənaye parklarının imkanlarına baxırlar”, -deyib.

Xatırladaq ki, Rusiyanın 14 müəssisəsi 3 noyabr 2022-ci il tarixində Bakıda keçiriləcək “Rusiya-Azərbaycan tarla günü” adlı ixtisaslaşdırılmış kənd təssərüfatı texnikası sərgisində iştirak edəcək.

Sərginin təşkilatçısı Rusiya Ticarət və Sənaye Palatasının dəstəyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi, Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyi və “Rosspetsmash” Assosiasiyasıdır. Sərginin operatoru “EXPOMƏRKƏZ” SC-DİR.

“Rusiya-Azərbaycan Tarla Günü” sərgisi Azərbaycanın aqrar-sənaye kompleksi sahəsində mühüm tədbirlərdən biri olacaq. Sərgiyə respublikanın bütün aparıcı kənd təsərrüfatı istehsalçıları, kənd təsərrüfatı texnikasının idxalçıları və dilerləri, lizinq şirkətləri, o cümlədən fermerlər və sahibkarlar dəvət alıblar.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN