Hər bir dövət qurumu server işlərinə, data mərkəz işlərinə nöqtə qoymalı və Hökumət Buluduna keçməliydi. Amma göründüyü kimi, xərclərə nəinki qənaət edilib, nəinki optimallaşma olub, əksinə dövlətin bu tip xərcləri daha da artıb.

 Bu fikri Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib. 

O, qeyd edib ki, Dövlət satınalmalarının vahid elektron portalına, eSatınalmaya yenidən nəzər salıram:

“Son zamanlar, beynəlxalq hesabatlarda geriləməyimizi nəzərə alaraq düşündüm ki, bəlkə hökumət İT və innovasiyalar üçün pul ayırmır?

Baxıram ki, dövlət qurumları müxtəlif İKT işlərinin görülməsi üçün hərə öz çəkisinə uyğun, yetərincə büdcə vəsaitləri xərcləyirlər”, -deyib.

 Osman Gündüz portalda təkcə son iki ayın, oktyabr-sentyabr aylarının İT xərclərini təxmini olaraq toplayıb və nəticədə ortaya 20 milyondan çox vəsait çıxıb.

 Onun sözlərinə görə, son iki ayda, yalnız eSatınalma poprtalı ilə açıqlanan məlumatlardan belə qənaətə gəlmək olur ki, hökumət İKT üçün 20 milyon manatdan çox vəsait xərcləyib.

O, həmçinin vurğulayıb ki,  İT xərclərin çox hissəsi də tenderdən kənar olur.

“Portaldan görsənir ki, xərclərin bir çoxu da lisenziya və support məsələsidir, server avadanlıqlarının alınmasıdır. Məsələn, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu tip işlərin görülməsi üçün ULTRA şirkətinə ötən ay 3 milyon manat ödəyib, həmçinin İqtisadiyyat Nazirliyi və digər qurumların da bu tip xərcləri olub”, - deyə bildirib.

O, diqqətə çatdırıb ki, Prezidentin fərmanı, hökumətin qərarı ilə optimallaşma olmalıydı, dövlət bu tip işlər üçün vahid bir Hökumət Buludu formalaşdırıb və

hər bir dövət qurumu server işlərinə, data mərkəz işlərinə nöqtə qoymalı və Hökumət Buluduna keçməliydi.

Osman Gündüz “ göründüyü kimi, xərclərə nəinki qənaət edilib, nəinki optimallaşma olub, əksinə dövlətin bu tip xərcləri daha da artıb.

Görəsən, bu qədər böyük xərclər qarşılığında effektivlik necə olub?” - bildirib.

O, beynəlxalq hesabatlara  diqqət çəkib və ortaya acınacaqlı mənzərə çıxıb:

 “BMT-nin Elektron hökumətin inkişafı ilə bağlı bu il dərc olunan Hesabata görə 13 pillə geriləmişik. Daha bir nüfuzlu beynəlxalq indeksə, Qlobal İnnovasiya İndeksi 2022-yə görə, Azərbaycan 11 pillə geriləyib...”, -deyib.

Osman Gündüzün sözlərinə görə, Antiinhisar Dövlət Xidməti bu istiqamətdə müəyyən addımlar atsa da, hələ də portalı təkmil edə bilməyib.

“Regionda ən zəif olan bizim Portalda ictimai nəzarət üçün yetərli imkanlar yaradılmayıb. Nomal bir araşdırma aparmaq üçün gərək zülüm çəkəsən.

Adi bir müşahidə ilə müəyyən etmək olur ki, İT xərclərdə səmərəsizlik və ədalətsilzik yetərincədir. Ümid edirəm hökumət, satınalmalara cavabdeh olan Antiinhisar Dövlət Xidməti, İKT layihələrə rəy verən ASAN və rəqəmsallaşmaya cavabdeh olan RİNN baş verənlərin fərqindədir”, -deyə əlaqədar qurumlara səslənib.

  

JASMİN

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN