2022-ci ildə yük və sərnişin daşımaları əvvəlki illə müqayisədə müvafiq olaraq 12,8 faiz və 33,5 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 218,7 milyon ton yük daşınıb. Daşınan yüklərin 3,4 faizi dəniz, 8,6 faizi dəmir yolu, 0,2 faizi hava, 57,6 faizi avtomobil nəqliyyatı, 30,2 faizi isə boru kəməri ilə həyata keçirilib. Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 12,5 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,2 faiz təşkil edib.
2022-ci ildə nəqliyyatçılar 1621,2 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 86,7 faizi avtomobil nəqliyyatı, 12,9 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
TEZADLAR.AZ