"Deyəsən,  "ASAN Xidmət"ə dəxli olmayan "ASAN İmza"nın inhisarçılığına son qoyulacaq."

 "AzinTelecom" yeni nəsil rəqəmsal imza təqdim etməyə hazırlaşır. RİNN-in elektron imzası mobil olmadığından uzun illərdi ki, xarici resurs olan "ASAN İmza" bizim bazarda hökmranlıq edir.

Bu fikirləri "Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında bildirib.

Ekspert qeyd edib ki, bu faktın özü, yəni ölkənin bütün imza infrastrukturunun xarici bir ölkəyə məxsus sistem üzərində "oturması" da absurd bir vəziyyətdir.

"Ölkənin informasiya təhlükəsizliyinə cavabdeh olanlar da aciz qalıblar bu məsələdə. İmza məsələsində situasiyanı dəyişə biləcək yeni nəsil şəxsiyyət vəsiqələrindəki imzanın aktivləşməsinə də uzun illər kimlərsə imkan vermədilər. Vəsiqələr verildi, amma imzalar aktivləşmədi.

Müqavimət göstərən kim oldusa, "halal olsun",  Prezidentin fərmanının icrasına 10 illər ərzində imkan vermədi. Həqiqətən güclü birisiymiş", - deyə qeyd edib.

"Həmin "X" + Yana xanım ASAN İmzadan hər ay təmiz 1 milyon gəlir götürməkdədirlər" vurğulayan Osman Gündüz "Daha bu formada, yəni şəxsiyyət vəsiqəsindəki yeni nəsil imzaya da ehtiyac yoxdur. Artıq əlavə kart vasitəsilə oxunmasına ehtiyac olan bu tip elektron imzaların da dövrü bitib" bildirib.

"Dövlət büdcəsindən də xeyli vəsaitlər xərclənmişdi yeni nəsil imza infrastrukturunun qurulmasına. İnfrastruktur quruldu, amma naməlum qüvvələr imzanın tətbiqinə imkan vermədi. Təəssüf ki, cavabdehlər zamanında imzanı tətbiq edə bilmədilər və artıq bu layihə öz əhəmiyyətini də itirib. Güman etmək olar ki, indi “AzinTelecom” məhz bunu nəzərə alaraq daha müasir, rəqəmsal, telefon nömrəsinə bağlı olmayan bir mobil imza təqdim etmək niyyətindədir. Biz dəfələrlə təklif etmişdik ki, bu inhisarçılıqdan qurtaqmaq lazımdır, "ASAN Xidmət" özünə dəxli olmayan brendə sahib çıxmalıdır, eGov Mərkəzi yeni mobil imza infrastrukturu yaratmalıdır.

Görünür ki, indi ASAN və RİNN arasında anlaşma olub ki, RİNN bazara yeni imza sistemi çıxartsın.

Ümid edirəm, bu dəfə xarici və daxili imza inhisarçılarının da müqavimətini qıra biləcəklər" -  Osman Gündüz bildirib.

Qeyd edək ki, "AzInTelecom” MMC 2015-ci ilin iyun ayında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qərarı ilə yaradılıb. "AzInTelecom" MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafiki mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və "AZCLOUD" bulud xidmətlərindən ibarətdir. "AzInTelecom” MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tabeliyində fəaliyyət göstərir.

 

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN