"Dünya ölkələri Rusiyaya, onun banklarına və şirkətlərinə sanksiya qoyandan sonra onların bir çoxunun, mobil tətbiqləri “GooglePlay” və “AppStore”dən silinib."

"Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Ukraynada baş verən hadisələr, Ukrayna hökumətinin gördüyü tədbirlərlə bağlı fikirlərini bölüşüb.

O, qeyd edib ki, Ukraynada döyüşə yollanan ukraynalılar üçün, hətta sahibsiz qalan ev heyvanları ilə bağlı tövsiyələr də hazırlanıb.

 Osman Gündüz, həmçinin Ukraynada müharibə ilə əlaqdədar görülən tədbirləri də sadalayıb:

 “1. Ukrayna Müdafiə Nazirliyi əhalini küçə döyüşlərinə hazır olmağa çağırıb və yetərincə silah paylayıb.

  2. Dronu olan Kiyev vətəndaşlarına müraciət olunub ki, dronlar hərbi məqsədlər üçün hərbçilərə təhvil verilsin və özləri bu prosesdə hərbçilərə müşahidə aparmaq üçün kömək etsin.

  3.Ukrayna kiberpolisi rus hərbçilərin yollardakı asfalt üzərində qeyd etdikləri nişanları xəritədə müəyyən etmək üçün xüsusi “bot” hazırlayıb. Vətəndaşların “bot”lara daxil etdiyi işarələr  birbaşa “GoogleMaps” bazaya daxil olur. Bu “bot”la ukraynalılar həm də hərbçilərə düşmənin hərəkət trayektoriyası ilə bağlı məlumatları ötürürlər. Rus hərbçiləri asfalta qeyd etdikləri bu işarələrdən ərazini tanımaq üçün istifadə edirlərmiş.

 4. Silah əldə edərək döyüşə qatılmaq üçün, pilot olaraq hava döyüşlərində iştirak üçün prosedurlar sadələşdirilib. 60 yaşdan yuxarılar da döyüşlərə qatıla bilir.

 5.Dünya ölkələri Rusiyaya, onun banklarına və şirkətlərinə sanksiya qoyandan sonra onların bir çoxunun, mobil tətbiqləri “GooglePlay” və “AppStore”dən silinib. Sanksiya qoyulan bankların kartlarına qlobal ödəniş sistemləri xidmət göstərməyi dayandırıb.

6.Qlobal şəbəkədə tanınmış kiber qruplar Rusiyanın internet şəbəkəsinə qarşı kiberhücum təşkil ediblər.

7. Ukraynanın media resursu “MEGOGO” bütün xəbər və TV kanallara girişi pulsuz edib.

8. Ukrayna vətəndaşları üçün hər varianta hazırlıq, partizan müharibəsinə hazırlıq üçün sadə vətəndaşlar tərəfindən hansı addımların atılması, döyüşə gedərkən nə götürmək, rəsmi məlumatı necə almağı müəyyən edən "Hər şeyə hazır ol" “Telegram-bot” hazırlanıb”, - deyə o, bildirib.

Ekspert qeyd edib ki, bu “bot” çoxdan, müharibədən öncə hazırlanıb.

“Bu “bot”larda, hətta döyüşə gedərkən, baxımsız qalan ev heyvanları ilə bağlı “rekomendasiyalar” var. Bütün bunlar çox şeydən xəbər verir.”

Osman Gündüz “Belə görünür ki, Rusiya və Belarus qüvvələrinin Ukrayna Prezidentini ələ keçirməsi, Kiyevin mərkəzini və Administrasiyanı ələ keçirməsi ilə müharibə başa çatmayacaq”, - deyə vurğulayıb.

Xatırladaq ki, Ukraynaya hücumdan bir neçə gün əvvəl,  Rusiya Prezidenti Vladimir Putin qondarma "Donetsk Xalq Respublikası" (DXR) və "Luqansk Xalq Respublikası"nın (LXR) müstəqilliklərini tanıyıb.

Dünən səhər saatlarından isə Rusiya Silahlı Qüvvələri Ukraynada hərbi əməliyyatlara start verib. Rusiya Prezidenti Vladimir Putin bunu Donbassda yaşayan əhalini qorumaq üçün "xüsusi əməliyyat" adlandırıb. 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN