Son illər müdafiə sənayesində sıçrayışlı inkişaf xətti tutan

Türkiyə hərbi təyinatlı texnika və avadanlıqlarının ixracatını da genişləndirib.

  “T129 Atak” döyüş və taktiki kəşfiyyat helekopterinə olan maraq artmaqdadır.  “T129 Atak” helekopterini Türkiyədən alan ilk ölkə Filippin olub.

Türkiyə KİV-nin məlumatına görə,  Filippinin Hərbi Hava Qüvvələri Türkiyədən iki ədəd “T129 Atak” və bir “C-295” təyyarəsi alaraq silahlı qüvvələrinin arsenalına daxil edib.

  Mütəxəssislər hesab edir ki, Türkiyə müdafiə sənayesində istehsalını NATO standartlarına uyğun qurduğu üçün onun hərbi təyinatlı məhsullarına maraq sürətlə artmaqdadır.

Xatırladaq ki, ötən ay Türkiyənin Jandarma Qüvvələrinə T129 “Atak” helikopteri təhvil verilib.  Jandarma Qüvvələrinin inventarında olan “Atak”ların ümumi sayı 11-ə çatıb. Müqaviləyə əsasən Jandarma Qüvvələrinə ümumilikdə 18 ədəd helikopter təhvil verilməli idi. Jandarma Baş Komandanlığının paylaşdığı hesabatda bu sayı 24-ə yüksəldilib.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN