“Baktelecom” MMC  maliyyə hesabatını dərc edib.

Hesabatda bildirilir ki, “Baktelecom”un internet və telefon xidmətləri üzrə 2020-ci ildə əldə etdiyi gəlirlərinin həcmi 2019-cu illə müqayisədə 7,3% artaraq 77  milyon 922 min manat təşkil edib.

Bəs görəsən, çörəyi  internet və telefon xidmətlərindən çıxan “Baktelecom” bu xidmətlərin keyfiyyətini də layiqincə təmin edə bilirmi?

Qeyd edim ki, hər ay 2 telefon nömrəsinə və eyni nömrələrlə internet xidmətinə görə “Təzadlar” qəzetinin redaksiyasının ayda 50 manat pul ödədiyi internet xidmətindən “ağzımız yanıb”. Hər gün qəzetimizin və saytımızın əməkdaşları əsəb gərginliyi ilə çalışmalı olurlar. Verilən internetin zəif sürəti, tet-tez şəbəkədən sönməsi iş fəaliyyətimizə mənfi təsirini göstərir. Gün ərzində materialların sayta yerləşdirilməsi üçün həm qızıl kimi vaxtımız, həm də qızıldan qiymətli sağlamlığımız əldən gedir. “Bakinternet” isə gəlirlərindən həvəslə söz açır...

Y.Məmmədli    

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN