Türkiyənin aviasiya qurumları milli valyutanın məzənnəsinin dəyişməsi ilə daxili reyslər üçün biletlərə
yeni maksimum qiymət təyin edərək təxminən bir yarım dəfə qaldırıblar, yəni bahalaşma nə az, nə çox düz 43% olub...
Türkiyənini "Cümhuriyyət" qəzetinin yazdığına görə, hökumət ölkə daxilində birtərəfli aviadaşıma üçün yeni qiymət həddi təyin edib – 1650 lirə (61 dollar – təqribən 103 manat).
Qeyd edilir ki, bu qərara vergilərin artması, eləcə də milli valyutanın dəyərdən düşməsi səbəb olub.
Y.MƏMMƏDLİ