“Taliban” əfqan qadınlarını hicab taxmaq haqqında fərmana əməl etmədiklərinə görə həbs etməyə başlayıb.
BMT baş katibinin Əfqanıstandakı xüsusi nümayəndəsi Roza Otunbayeva bildirib ki, ölkədə hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı əfqan qadınlarını hicabla bağlı fərmana əməl etmədiklərinə görə həbs etməyə başlayıb.
"Əfqanıstanda de-fakto hakimiyyət orqanları son vaxtlar ictimai həyatın bütün sahələrində qadınların hüquqlarını daha da məhdudlaşdırıb. Hicab fərmanına tam əməl etmədiyi güman edilən qadınlar saxlanılır və ya həbsə məruz qalırlar. Bəzi əfqan qadınlar küçəyə çıxmaqdan qorxurlar”, - deyə Otunbayeva BMT Təhlükəsizlik Şurasının üzvləri qarşısında çıxışı zamanı bildirib.
Yanvarın əvvəlində “Taliban” tərəfindən yaradılan Əxlaqın Təbliği və Əxlaqsızlığın Qarşısının Alınması Nazirliyi hicab taxmaqla bağlı 2022-ci il aprel Fərmanını əməl etməyən qadın və qızları həbs ataraq fəal şəkildə icra etməyə başladı. Bu həbslər qeyri-mütənasib şəkildə şəhər qadınlarına təsir etdi.
"İslam geyim qaydalarının pozulması iddiası ilə son vaxtlar özbaşına həbslər insan hüquqlarının növbəti pozuntusu olub və qadın və qızların inanılmaz damğalanmasına səbəb olub", - Otunbayeva bildirib.
O, de-fakto Əfqanıstan hakimiyyətini tətbiq edilən məhdudiyyətləri qaldırmağa çağırıb - "nə qədər uzun sürsə, bir o qədər çox zərər verəcək".
BMT-nin məlumatına görə, Kabildə çoxlu qadın və qız nəzarətə alınıb və bir neçə saat saxlanılıb. Təşkilatın missiyası pis rəftar, xarici aləmlə əlaqəsiz həbs və azadlığa çıxmaq üçün fidyə tələbi ilə bağlı iddiaları da qeydə aldı.
BMT baş katibinin Əfqanıstandakı xüsusi nümayəndəsi xatırladıb ki, “Taliban” onların legitimliyinin beynəlxalq səviyyədə tanınmasını istəyir. “Amma onlar başa düşürlər ki, bu asan deyil, çünki onlar çoxlu sayda beynəlxalq standartlara uyğun gəlmirlər. Hakimiyyətdə bu vəziyyətin dəyişdirilməsinin vacibliyini başa düşənlər var, amma yuxarılardan biri deyir: “Yox, qadınlar və qızlar kölgədə qalmalıdır”, - Otunbayeva bildirib.
Xatırladaq ki, ilk dəfə 1996-cı ildə Əfqanıstan ərazisinin böyük bir hissəsi “Taliban” qruplaşması tərəfindən ələ keçirildi ki, nəticədə dövlət 5 ilə yaxın müddət ərzində Əfqanıstan İslam Əmirliyi adlı totalitar rejimin idarəçiliyinə keçdi. Həmin dövrdə də ölkəni “şəriət qanunları” ilə idarə edən taliblər ağlasığmaz qadağaları və "qanunları" ilə yaddaşlarda qaldı...
Bu “qanunlardan” əsas zərər görən - dəhşətli günlər, illər yaşayan isə əfqan qadınları oldu.
Bu gün onlar yenə gəliblər... Və yenə də hakimiyyətdə təmsil olunurlar.
Ikinci gəlişləri, 2021-ci il avqustun 15-də paytaxt Kabili ələ keçirdikdən sonra baş tutdu...
“Taliban”ın hakimiyyətə gəlişi o zaman da, indi də ilk növbədə qadınların həyatına – təhsilinə, geyiminə, işinə… təsir etməkdədir. Onlar hakimiyyətə ikinci gəlişlərində fərqli siyasət yürüdəcəklərinə söz versələr də, lakin bu sözü tutmadılar.
Y.Məmmədli