“...İran bizə bilərəkdən maneə yaradır və üstünlüyünü qoruyur” - EKSPERT

***

...Təbrizə yönəlik radioxidmətlər yaratmaq lazımdır.

Bu fikri Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz bildirib.

Ekspert qeyd edib ki, uzun illərdi ki, İran sərhəd regionunda bizim efir məkanımızı, ümumiyyətlə radioməkanımızı zəbt edib.

“Yəni  bu ərazilərdə nəinki efir - radio və ya TV xidmətləri üçün, həmçinin mobil və ya hərbi yönümlü radioxidmətlər üçün İran bizə bilərəkdən maneə yaradır və üstünlüyünü qoruyur.

Uzun illərdir ki, Beynəlxalq Telekommunikasiya İttifaqının tələblərinə zidd olaraq İran bu mövqeyindən əl çəkməyib. Və özünün bütün radiovasitələrini tam gücü ilə Azərbaycan ərazisinə istiqamətləndirib, hətta Şəki-Balakən regionunadək İran radiovericilərinin dalğaları gəlib çatır”-, deyə o, bildirib.

 ***

Osman Gündüz bu istiqamətdə aparılan işlərin aidiyyəti dövlət qurumları tərəfindən də zəif icra olunduğuna, indiyədək sərhəd qonşumuzla radiomakan tənzimlənməsi ilə bağlı hər hansı bir sənəd imzalanmamasına da diqqət çəkib:

 “Əslində yalnız Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) deyil, bu istiqamətdə bizim aidiyyatı dövlət qurumlarımızın apardığı işləri də qənaətbəxş hesab etmək olmaz.

Pandemiyadan öncə Azərbaycan, İran və BTİ ilə bu istiqamətdə kordinasiya işləri aparılırdı.

Yəni mövcud beynəlxalq normalara görə sərhəd bölgəsində BTİ ekspertlərinin iştirakı ilə ölkələrin radioməkanının tənzimlənməsi nəzərdə tutulub. Bunun üçün hər iki ölkə tərəfindən razılaşdırılmış kordinasiya aparılır.

Lakin bildiyim qədər bununla bağlı indiyədək hansısa bir müqavilə , razılaşma olmayıb. Və İran informasiya məkanımızı, efiri, milli radioməkanı zəbt etməkdə davam edir. Bildiyim qədər, Azərbaycan BTİ-nin Radio Tənzimləmə Komitəsində bir müddət - 2020-2021-ci illərdə ümumiyyətlə, təmsil olunmayıb”, - deyib.

O, nəzərə çatdırıb ki, cari ildə, 3 oktyabr 2022-ci il tarixində RİNN-nin səyləri ilə Azərbaycan yenidən BTİ-nin Şurasına və Radio Tənzimləmə Komitəsinə üzv seçilib.

“Düşünürəm ki, tez bir zamanda bu beynəlxalq mexanizmləri işə salmaq və İranının sərhəd bölgəmizdə radiomüdaxiləsini məhdudlaşdırmaq lazımdır.

Paralel olaraq da, hökumət Azərbaycanın bütün sərhəd boyu radioxidmətləri gücləndirməli, yeni radiostansiyalar , TV kanallar yaratmalıdır, radioinfrastruktur qurmalıdır. Yəni öz radioməkanımıza sahib çıxmalıyıq”, -  ekspert vurğulayıb.

O, həmçinin xatırladıb ki, Prezident İlham Əliyev İranın təhdidlərinə cavab olaraq “Azərbaycandan kənarda yaşayan soydaşlarımızın taleyi diqqət mərkəzimizdədir” mesajını vermişdi:

“Dövlət Təhlükəsizlik Xidməti (DTX) İran kəşfiyyatının ölkəmiz əleyhinə olan terror hərəkətlərinin qarşısını alan uğurlu əməliyyat həyata keçirib.

Bütün bunlar çox ciddi mesajlardır. Bu baxımdan, düşünürəm ki, indiki şəraitidə sərhəddə Təbrizə yönələn radiovericilərin sayını artırmaq və məzmun baxımından da indiki situasiyaya uyğunlaşdırmaq, bu sahəyə indidən zəruri resurslar ayırmaq doğru olardı. Ümid edirəm qərar qəbul edənlərimiz baş verənlərin fərqindədir.

Sabah gec olacaq. Çünki İranın sərhəd bölgələrimizdə uzun illərdən bəri oturuşmuş radioelektron vasitələri var və bizim radioməkanımıza asanlıqla müdaxilə edirlər”, -deyə əlavə edib.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN