Rusiya nümayəndə heyəti dəqiq idarə olunan raketlərlə silahlana bilən Şahed-191 və Şahed-129 döyüş pilotsuz təyyarələrini öyrənmək üçün son bir ay ərzində ən azı iki dəfə İranın mərkəzindəki Kaşan aerodromuna səfər edib.
Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan tərəfindən yayımlanan peyk görüntüləri də bunu təsdiqləyir. Sitat: “Təxmin edirik ki, rəsmi Rusiya nümayəndə heyəti bu yaxınlarda İranın zərbə qabiliyyətinə malik PUA-larının nümayişini həyata keçirib... Rusiya hökumət heyətinin həmin gün gördüyü İran İHA-larını göstərən iyun ayında çəkilmiş bu şəkilləri yayımlayacağıq. Bu, Rusiyanın hücum edə bilən İran PUA-larını əldə etməkdə maraqlı olduğunu göstərir”.
Nə Rusiya, nə də İran rəsmiləri bu məlumatı hələki təkzib etməyib.
A.Məmmədli