"Ukrayna hakimiyyəti tərəfindən Gürcüstanın ikinci cəbhəyə çevrilməsi arzusu var, bunu Kasianov bir daha təkrarladı".

TEZADLAR.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu sözləri "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze, Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasianovun bəyanatına cavab verərkən deyib.

Kobaxidzenin fikrincə, cəmiyyət Ukrayna hakimiyyətinin bu cür münasibətinin nə dərəcədə düzgün olduğunu mühakimə etməlidir: “Uzun müddətdir dediklərimiz bir daha gündəmə çevrildi. Ukrayna hakimiyyətinin Gürcüstanın ikinci cəbhəyə çevrilməsi üçün birbaşa, ifadə olunmuş istəyi var ki, Kasyanov təəssüf ki, bir daha bunu təkrarladı. Cəmiyyət bütün bunları və bu münasibətin Ukrayna hakimiyyəti tərəfindən nə dərəcədə düzgün olduğunu mühakimə etməlidir”, - deyə İrakli Kobaxidze bildirib.

Məlumat üçün bildirək ki, Ukraynanın Gürcüstandakı müvəqqəti nümayəndəsi Andrey Kasyanov, jurnalistlərə müsahibəsində Gürcüstan Ukraynaya daha çox yardım etməli olduğunu bildirib: “Biz humanitar yardıma görə minnətdarıq, lakin bu, kifayət deyil. Düşünürük ki, suveren dövlətə qarşı bu barbar təcavüz fonunda Gürcüstan Ukraynaya daha çox kömək etməlidir”, - deyə Andrey Kasyanov bildirib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN