"Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Bakı şəhəri üzrə su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Yerli mətbuata istinadən məlumata görə, “Azərsu” ASC-nin avqust ayının 5-də yekun vurduğu satınalmanın məbləği 5.115.050 manat, qalibi isə “Arko Təmir Tikinti Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Bildirilir ki, “Arko Təmir Tikinti Şirkəti” 2011-ci ilin aprel ayında təsis edilib.

Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Əhmədov Rasim Qazməmməd oğludur.

O da qeyd edilir ki, “Arko Təmir Tikinti Şirkəti” MMC-nin fəaliyyət profili, maddi texniki bazası barədə açıq internet resurslarında məlumat yoxdur.

Əldə edilən məlumata görə “Arko Təmir Tikinti Şirkəti” MMC-nin qanuni təmsilçisi Rasim Əhmədov deputat Vahid Əhmədovun qardaşıdır.

Vahid Əhmədov Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. O, 1992-1994-cü illərdə Baş nazirin müavini, Baş nazirin birinci müavini vəzifələrində çalışıb.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən ilin sentyabr ayının 14-də Şəmkir və Cəlilabad rayon icra Hakimiyyətlərinin başçılarını qəbul edərkən çıxışında bəzi vəzifəli şəxslərin tenderdə yol verdikləri korrupsiya faktına toxunaraq dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə vəzifəli şəxslərə yaxın olan şirkətlərin qalib gəldiyini bildirirdi.

E.ŞİRİNOV        

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN