Şimali Koreya hakimiyyəti dörd yeni regionun Rusiyaya birləşdirilməsi ilə bağlı referendumun nəticələrini dəstəkləyib.

Tezadlar.az bildirir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KMXA) Koreya Xalq Demokratik Respublikası (KXDR) Xarici İşlər Nazirliyinə istinadən xəbər verib.

"Biz Rusiyaya inteqrasiya etmək istəyən sakinlərin iradəsinə hörmətlə yanaşırıq və Rusiya hökumətinin yuxarıda göstərilən regionların Rusiyaya daxil edilməsi ilə bağlı mövqeyini dəstəkləyirik", - - deyə Fövqəladə Hallar Nazirliyinin beynəlxalq təşkilatlar şöbəsinin rəhbəri Co Çol Su bildirib.

“Referendumlar xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə hüququnu təsbit edən BMT Nizamnaməsinə uyğun olaraq hüquqi üsul və prosedurlarla keçirilib ki, iki respublikanın və iki regionun sakinlərinin iradəsi tam təmin olunsun”, - diplomat bildirib.

Şimali Koreya diplomatının fikrincə, ABŞ “BMT Təhlükəsizlik Şurasından sui-istifadə edir, müstəqil ölkələrin daxili işlərinə qarışır və onların qanuni hüquqlarını pozur, birqütblü dünyanı qorumağa çalışır.

Vaşinqtonun suveren dövlətlərə, o cümlədən keçmiş Yuqoslaviyaya qarşı təcavüzkar müharibələr açdığını qeyd edən diplomat "Birləşmiş Ştatların öz üstünlüyünü qorumaq üçün BMT Təhlükəsizlik Şurasından özünə qalxan və təcavüz vasitəsi kimi istifadə edə biləcəyi günlər heç vaxt geri qayıtmayacaq" - deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN