Moldova polisi bazar günü ölkə paytaxtının əsas küçəsində hökumət əleyhinə çıxış edərək nəqliyyatın hərəkətini kəsən nümayişçiləri dağıtmağa başlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən bildirib.
Polis etirazçıların qurduğu çadır şəhərciyini mühasirəyə alıb və xalqa ərazini tərk etməyi əmr edib. Etirazçılar "Biz xalqıq”, “Ayıb olsun!” şüarları səsləndirərək oranı tərk ediblər.
Daha sonra polis çadırları magistral yoldan yığışdırıb.
Polis həmçinin Kişinyovun mərkəzində parlament və prezident administrasiyasının binaları qarşısında qurulmuş 350 çadırı yığışdırıb. Heç bir müqavimət göstərməyən etirazçılar çadırlardan çıxarılıb. Daha sonra çadırlar yük maşınlarına yüklənərək aparılıb.
E.ŞİRİNOV