İsveçin baş naziri Ulf Kristersson ölkəsinin NATO-ya qəbulu məsələsi ilə bağlı görüş istəyib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident Ərdoğan görüşü qəbul etdiyini açıqlayıb:

"Yeri gəlmişkən, İsveçin yeni baş naziri görüş istəyib. Dostlarımıza dedim ki, onunla görüş təyin edin və biz onunla ölkəmizdə bu məsələləri müzakirə edəcəyik", - deyə R.T.Ərdoğan bildirib.

 Eyni zamanda Türkiyə lideri vurğulayıb ki, İsveçin NATO-ya qəbulu ilə bağlı məsələlərə Ankaranın rəyi dəyişməyib.

***

Xatırladaq ki, avqust ayında  Finlandiyanın paytaxtı Helsinkidə   - Türkiyə, Finlandiya və İsveç tərəfindən yaradılmış Birgə Daimi Mexanizmin ilk iclası keçirilib. Finlandiya və İsveç Türkiyənin tələbləri ilə bağlı öhdəlik götürüblər.

 Beləliklə, Finlandiya və İsveçin götürdüyü öhdəlik siyahısına daxildir: terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə tam həmrəylik və əməkdaşlıq içində çalışmaq, Türkiyə milli təhlükəsizliyinə bütün təhdidlərə qarşı mübarizə aparmaq, xüsusilə separatçı terror təşkilatı PKK, PYD, YPG və FETÖ-yə dəstək verməmək.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN