Şanlıurfada 4 uşaq anası əri tərəfindən silahla vurularaq öldürülüb.

Əldə edilən məlumata görə, hadisə səhər saatlarında Şanlıurfanın Haliliye səmtinə bağlı Hamidiye Məhəlləsində 4 mərtəbəli binanın üst mərtəbəsində baş verib. İddiaya görə, Hena Şeyx Məhəmməd  ilə dini nikahlı əcnəbi vətəndaş olan əri Fariz Əl Xəlil arasında naməlum səbəbdən mübahisə düşüb. Müzakirə zamanı evdə silahını götürən Fariz Əl Xəlil 4 övladının gözü qarşısında həyat yoldaşını vurmağa cəhd edib. Evdə qaçmağa yer tapa bilməyən çarəsiz qadın eyvana qaçaraq ətrafdakılardan kömək istəyib.

Ətrafdakılardan çarəsizcə kömək istəyən qadının ardınca eyvana çıxan qatil ər tapança ilə atəş açıb. Gənc qadın yerə yıxılarkən, hadisəni görən insanların xəbər verməsi  nəticəsində əraziyə təcili tibbi yardım qrupu və çoxlu sayda polis göndərilib. Meyit hadisə yerində aparılan müayinədən sonra yarılma üçün Şanlıurfa Ədli Tibb Təşkilatının meyitxanasına aparılarkən, müxtəlif cinayətlərdən 8 qeydi olan qatil ər nəzarətə alınaraq polis bölməsinə aparılıb.

İşin istintaqı davam etdirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN