Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkili dünən bazar günü gecə İran hədəflərinə pilotsuz təyyarələrin zərbələri ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Tezadlar.az “Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, İran Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini ölkəsinin İranın mərkəzi İsfahan əyalətindəki hərbi zavoda pilotsuz təyyarə hücumu ilə bağlı şərhinə görə çağırıb. Buna səbəb isə odur ki, yanvarın 29-da Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak tvitter səhifəsində yazıb ki, onun müəllifləri və ortaqları Ukraynaya qarşı müharibənin nəticələrindən xilas ola bilməyəcəklər. "Müharibə məntiqi amansız və ölümcüldür. Və müəlliflərə və ortaqlara sərt qanun layihələri verir. Rusiya Federasiyasında panika: sonsuz səfərbərlik, Moskvada raketdən müdafiə, 1000 km məsafədə səngərlər, bomba sığınacaqlarının hazırlanması. Partlayışlı gecə. İranda: dron və raket istehsalı, neft emalı. Ukrayna xəbərdarlıq etdi..." kimi ifadələr işlədilib. Hansı ki, yanvarın 29-na keçən gecə İranın hərbi obyektlərinə naməlum pilotsuz təyyarələr tərəfindən hücum edilib. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnatın sözlərinə görə, İranda baş verən partlayışları İranın terrorçu ölkə Rusiyaya dəstək verməyə yönəlmiş siyasətinin nəticələri adlandırmaq olar.

Beləliklə, İranın hərbi zavoduna hücum edən dronlar bir çoxlarına baş ağrısı gətirməkdədir... O dərəcədə ki, İran bu barədə yazılan şərhlərdən belə ciddi şəkildə narahatdır. Hətta bu gün SEPAH-ın qərarhaına da hücumlar olub...

A.Məmmədli 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN