Türkiyənin Hatay şəhərində baş verən zəlzələdən sonra dağılmış obyektdə Rusiya vətəndaşları - qadın və uşaq cəsədi tapılıb.

Bu barədə cümə günü jurnalistlərə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hatayda Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çərşənbə günü axşam saatlarından rus ailəsinin qaldığı dağılmış obyektdə işləyiblər. "Xilasetmə əməliyyatları zamanı, təəssüf ki, həyat əlaməti olmayan bir qadın və bir uşaq tapılıb. Digər ailə üzvlərinin axtarışları davam etdirilir", - məlumatda deyilir.

Daha əvvəl bildirilib ki, xilasedicilər evin dağıntıları altında qalan rusların ehtimal edilən yerini müəyyənləşdiriblər.

Rus ailəsi ilə bağlı məlumat bir gün əvvəl daxil olub. Türkiyə tərəfi ilə koordinasiyada xilasedicilər sürətlə Kahramanmaraşdan zəlzələdən ən çox zərər çəkən Hatay vilayətinə də hərəkət ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN