Birləşmiş Ştatlar NATO-dakı siyasi nüfuzu ilə Avropa İttifaqı (Aİ) ölkələrini münaqişə bitdikdən sonra Ukraynanın bərpası xərclərini ödəməyə məcbur edəcək. Bunu “The Economist”ə müsahibəsində American Enterprise Institute analitik mərkəzinin keçmiş əməkdaşı Kori Şeyk deyib.

“Qaynar münaqişə bitəndə və Ukrayna silahlı qüvvələrini sülh zamanı yenidən qurulmalı olanda Amerika nəyi seçəcək? Amerika rəsmiləri iddia edəcəklər ki, döyüşlər zamanı yardımın çox hissəsini onlar təmin etdiklərinə görə, avropalılar Ukraynanın yenidən qurulması və silahlanması üçün pul ödəməlidirlər", - Kori Şeyk deyib.

Bundan əvvəl “The National Interest” jurnalının köşə yazarı Samid Başa bildirib ki, SSRİ-nin dağılmasından sonra ABŞ-ın Rusiyaya layiqli status verməkdən imtina etməsi Rusiya prezidenti Vladimir Putini Ukraynada hərbi əməliyyatlara təhrik edib. Onun sözlərinə görə, NATO-nu şərqə doğru genişləndirməmək vədlərinin pozulması, keçmiş Varşava Müqaviləsi ölkələrinin Şimali Atlantika Alyansına qoşulması və dövlətlərin daim Rusiyanın arxa planında məskunlaşmaq cəhdləri ABŞ-ın imtiyazlı mövqe tutmaq istəyindən xəbər verir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN