Luqansk Xalq Respublikasının şimalındakı Kremennaya şəhəri yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri kəskin su və ərzaq çatışmazlığı ilə üzləşiblər.

Tezadlar.az xəbər verir ki, bu barədə LPR-nin xalq milislərinin istefada olan polkovnik-leytenantı Andrey Maroçko özünün Telegram kanalında qeyd edib.

Onun sözlərinə görə, maddi-texniki təchizat bölmələrində ağır itkilər verdiyi üçün cəbhə xəttində olan əsgərlər vaxtında qida qəbulunu dayandırıb, fərdi qida rasionu bitməyə başlayıb.

“Suya gəlincə, yağış sularından və gölməçələrdə yığılan sudan artıq istifadə olunur”, - deyə hərbi ekspert bildirib.

Maroçko bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Krasnolımansk istiqamətində döyüşçülərinin təxminən 15 faizinin xəstəlik səbəbindən cəbhəni tərk etdiyini bildirib. O, aydınlıq gətirib ki, pnevmoniya, uroloji və digər soyuqdəymə ilə təxliyə edilənlərin sayı hər gün artır.

Fevralın 27-də Ukrayna Müdafiə Nazirliyinin rəis müavini Anna Malyar etiraf edib ki, bütün cəbhə xətti boyunca Ukrayna Silahlı Qüvvələri üçün vəziyyət ağırdır. Onun sözlərinə görə, ən böyük çətinliklər düşmənin “tükənmə və tam məhvetmə taktikasından istifadə etdiyi” Artemovsk istiqamətində müşahidə olunur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN