"Girçi" müxalifət partiyası Tbilisidə parlament binası yaxınlığında orduya məcburi çağırışa qarşı mitinq keçirir.

Tezadlar.az xəbər verir ki, mitinqin görüntüləri yerli telekanallar tərəfindən yayımlanır.

"Biz məcburi qarovulun (həbsxanalarda qarovulun saxlanması) ləğvini tələb edirik. Əgər həqiqətən də orduda islahat aparmaq istəyiriksə, bu saxta islahatdan əl çəkib, heç kimi zorla orduya gətirməməkdən, əsgərlərə normal şərait yaratmaqdan, maaş verməkdən başlamalıyıq", - parlamentdəki "Girçi" siyasi qrupunun rəhbəri İaqo Xviçya bildirib.

Aksiyada yüzlərlə insan iştirak edir, onların çoxu tələbələrdir. Parlamentin yerləşdiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti kəsilmir, aksiya dinc şəraitdə keçirilir.

Dünən Müdafiə Nazirliyi parlamentin Gürcüstanın yeni Müdafiə Məcəlləsini nəzərdən keçirdiyi barədə bəyanat yayıb. Sənəd tələbələrin çağırışının müstəsna olaraq könüllü olacağına, istəsələr, xidmət hesabına dörd il müddətində ildə bir dəfə tətil zamanı aylıq ödənişləri ala biləcəklərinə zəmanət verir.

2022-ci ilin dekabrında Gürcüstanın baş naziri İrakli Qaribaşvili orduya çağırış sisteminə yenidən baxılması zərurətini bəyan edib. Yeni qaydalara əsasən, xidmət 6, 8 və 11 ay müddətinə tətbiq ediləcək. 10 min lari (təxminən 3700 dollar) ödəməklə ildə bir dəfə ordudan möhlət almaq mümkün olacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN