Rusiya və Amerika orduları arasında toqquşmanın nəticələri dəhşətli olacaq.
Tezadlar.az xəbər verir ki, bu fikri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Onun sözlərinə görə, bu münaqişənin iştirakçılarının əraziləri üzərində nə qədər raketin vurulmasının əhəmiyyəti olmayacaq. Hər halda, onların bəziləri “birbaşa və ya əks-qarşılıqlı” məğlubiyyətə düçar olacaqlar.
"Bunun nəticəsində dəhşətli nəticələr olacaq. Sonra hansı ordunun birinci, hansının ikinci olduğunu söyləmək mümkün olmayacaq", - Medvedev bildirib.
O əlavə edib ki, indi də ordulardan hansının rəhbərlik etdiyini söyləmək düzgün deyil. Birbaşa qarşıdurmada qalibi müəyyən etmək mümkün olmayacaq.
Xatırladaq ki, amerikalı veteran Noctis Draven Rusiya qoşunları ilə birbaşa toqquşmada ABŞ ordusunun itkisini proqnozlaşdırmışdı.
Bundan əvvəl Dmitri Medvedev bildirib ki, xüsusi əməliyyat çərçivəsində xarici hərbi muzdlular və Kiyevə çatdırılan silahlara xidmət edən mütəxəssislər Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfdir. Lazım gələrsə, rus ordusu Kiyev və Lvova çatacaq.
E.ŞİRİNOV