Rusiya İstintaq Komitəsi (RİK) Baş Prokurorluğun materiallarına əsaslanaraq, Ukrayna hakimiyyəti tərəfindən Rusiya bankının aktivlərinin qanunsuz ələ keçirilməsi ilə bağlı iş açıb.
Tezadlar.az bu barədə Baş Prokurorluğun rəsmi nümayəndəsi Anton İvanova istinadən məlumat yayıb.
Onun sözlərinə görə, söhbət ən böyük banklardan birindən gedir. Həmçinin Kiyevdəki məmurlar bu bankın Ukraynadakı törəmə kredit təşkilatının fəaliyyətinə müdaxilə ediblər. Nəzarət orqanının fikrincə, bu, Rusiyanın maraqlarına zərər vurmaq üçün edilib.
Həmçinin İvanovun sözlərinə görə, hakimiyyətin hərəkətləri bu bankın müştəriləri olan Ukrayna vətəndaşlarına qarşı yönəlib.
İş xüsusilə külli miqdarda dələduzluq və qanuni sahibkarlıq fəaliyyətinə mane olma maddələri ilə başlanıb.
E.ŞİRİNOV