Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aprelin 17-də oğurluq etdiklərinə görə tutulmuş Rövşən Əzizovun və Mahir Astanovun 2021-ci ilin fevral ayında Zopun kəndindən 4 baş inək oğurlamaları, həmçinin M.Astanovun müxtəlif vaxtlarda 3 həyətyanı sahədən ümumilikdə 38 ev quşu oğurlaması da müəyyən olunub.
Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar davam etdirilir.