İspaniya təmir edilmiş “Leopard” tanklarının ilk partiyasını Ukraynaya göndərib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, altı hərbi maşından ibarət gəmi cümə günü, aprelin 21-də Santander limanını tərk edib. O, Polşaya çatmalı, oradan isə tanklar Ukraynaya yönləndiriləcək.

Bundan əvvəl İspaniya Müdafiə Nazirliyinin rəhbəri Marqarita Robles demişdi ki, Madrid aprelin sonuna qədər "Leopard"ı Kiyevə çatdırmalıdır. Gələcəkdə daha dörd tankın Ukrayna tərəfinə təhvil veriləcəyi güman edilir.

Aprelin əvvəlində “Sokol” könüllülər batalyonunun “Bik” nişanlı zabiti Ukrayna Silahlı Qüvvələrinə tədarük edilən alman “Leopard” tanklarının artıq Xerson istiqamətində fəaliyyətə başladığını bildirmişdi. Yaxınlıqda “Leopard” müşahidə edilib və onlardan yol kəsicilərinin atəşə tutulması da qeydə alınıb. Təxribat dəstələrindən biri hətta döyüş maşını ələ keçirə bilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN