Diplomatların qarşılıqlı çıxarılması Rusiya ilə Almaniya arasında münasibətləri daha da pisləşdirəcək.

Tezadlar.az xəbər verir ki, bunu lenta.ru-ya müsahibəsində siyasi elmlər namizədi Stanislav Bışok deyib.

Bundan əvvəl məlum olub ki, Moskva Rusiya paytaxtında işləyən 34 alman diplomatını ölkədən çıxarır. Rusiya Xarici İşlər Nazirliyi izah edib ki, bu tədbir Berlinin rus diplomatlarının Almaniyadan çıxarılmasından ibarət düşmənçilik hərəkətlərinə güzgü cavabıdır.

“Eyni zamanda aydındır ki, səfirlikdə işçilərin sayının azaldılması özlüyündə bu münasibətləri daha da korlayan hekayədir. Belə çıxır ki, burada bir şey digərinə yapışır və daha da pisləşməyə səbəb olur", - deyib Bışok.

Politoloq qeyd edib ki, münasibətlərin korlanmasından söhbət gedəndə münasibətlərin bəzi emosional komponentlərini deyil, praktiki cəhətləri nəzərdə tutur. Yəni, bu, birgə fəaliyyət formatlarının azalması deməkdir, - deyə o əlavə edib.

“Əgər münasibətlər normallaşarsa, səfirliklər yenidən tam hüquqlu olacaq. Həmkarlarımdan birinin haqlı olaraq qeyd etdiyi kimi: neftdən fərqli olaraq, diplomatlar bərpa olunan resursdur”, - Bışok yekunlaşdırıb.

Aprelin 21-də Berlin rus diplomatlarının kütləvi şəkildə ölkədən çıxarılması barədə qərar qəbul edib və artıq müvafiq hüquqi prosedura başlayıb. Ümumilikdə 20-dən çox əməkdaş ölkədən qovulub.

Almaniya Xarici İşlər Nazirliyi rusiyalı diplomatların ölkədən çıxarılması qərarının “xüsusi xidmət orqanlarının mövcudluğunu” azaltmaq istəyi ilə bağlı olduğunu izah edib. Almaniya Xarici İşlər Nazirliyinin izah edib ki, Rusiya tərəfi ilə bu mövzuda danışıqlar “son bir neçə həftədir” davam edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN