Yaponiyanın müdafiə naziri Yasukazu Hamada ölkənin özünümüdafiə qüvvələrinə Şimali Koreya tərəfindən ballistik raketin qarşısını almağa hazırlaşmağı əmr edib. Bu addım Yaponiyanın öz ərazisinə raket qalıqlarının düşmə ehtimalını aşkar etməsindən sonra atılıb.

Qarşıdurmaya hazırlaşmaq əmri SM-3 raketləri ilə silahlanmış Amerikanın “Patriot” zenit-raket komplekslərini yerləşdirməyi planlaşdıran Özünümüdafiə Qüvvələrinə verilib.

Bu raketdən müdafiə sistemi qısa və orta mənzilli ballistik raketləri ələ keçirməyə qadirdir. Qarşıdurmaya hazırlaşmaq əmri Yaponiya və Şimali Koreyanın dənizə bir sıra raketlər atmasından sonra arasında gərginliyin artması fonunda verilib.

Yaponiya hökuməti, təbii ki, raket buraxılışını regionda sülh və təhlükəsizliyə təhdid kimi pisləyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN