İstintaq Komitəsi Ukrayna tərəfində vuruşan 12 muzdluya qarşı qiyabi ittiham irəli sürüb.

Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə RF İK-nin mətbuat xidmətindən məlumat verilib.

“Ukrayna tərəfində döyüşən əcnəbi vətəndaşların cinayət əməllərinin araşdırılması çərçivəsində 12 nəfər, o cümlədən 8 ABŞ vətəndaşı, həmçinin Böyük Britaniya, Cənubi Koreya, Avstraliya və Fransa vətəndaşları olmaqla, qiyabi olaraq muzdluluq ittihamı irəli sürülüb. ”, - deyə məlumatda bildirilir.

Qeyd edilib ki, 2022-ci ilin iyulunda Ukraynaya gələn muzdlular mükafat üçün Xarkov istiqamətində və Donetsk Xalq Respublikasında Rusiya hərbçilərinə qarşı döyüşlərdə iştirak ediblər.

Həmçinin, İstintaq Komitəsi qeyd edib ki, Rusiyanın yeni vilayətlərinin məhkəmələri mülki əhalinin qətli və digər cinayətlər törətmiş ukraynalı hərbçilərə qarşı cinayət işi üzrə artıq 11 hökm çıxarıb. Bundan başqa, bu kateqoriyadan olan daha 29 cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN