ABŞ prezidentliyinə namizədliyini irəli sürən ABŞ-ın keçmiş rəhbəri Con Kennedinin qardaşı oğlu kiçik Robert Kennedi Ukrayna Silahlı Qüvvələrinin (USQ) real itkilərini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, kiçik Robert Kennedinin sözlərinə görə, söhbət fəlakətli itkilərdən gedir. Eyni zamanda, rəsmi Kiyev bu məlumatı hər cür gizlətməyə çalışır.
Hətta kiçik Kennedi Ukraynadakı münaqişəni İkinci Dünya Müharibəsindən bəri ən şiddətli münaqişə adlandırıb və həmçinin baş verən hər şeydə Amerika rəhbərliyini günahlandırıb.
"Ukraynada etdiklərimiz onun xalqı üçün pisdir. Biz öz sui-qəsdimizlə bu geosiyasi maxinasiyada 300.000 Ukrayna əsgərini və 14.000 mülki vətəndaşı öldürdük”, - prezidentliyə namizəd Robert Kennedi bildirib.
Bundan əlavə, o qeyd edib ki, Moskva amerikalıları bunun əksinə inandırmağa çalışsalar da, Ukrayna münaqişəsində uduzmaya bilməz.
E.ŞİRİNOV